Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

Evsizlərin nəzərinə Bu üsulla ev sahibi ola bilərsiniz

Evsizlərin nəzərinə Bu üsulla ev sahibi ola bilərsiniz

Icma.az, Metbuat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Kirayə üsulu ilə mənzil sahibi olmaq müasir yaşayış bazarında ev almağın alternativ yollarından biridir. Bu model xüsusilə ilkin ödəniş etməkdə çətinlik çəkən, lakin uzunmüddətli perspektivdə öz evinə sahib olmağı planlaşdıran şəxslər üçün əlverişlidir. Kirayəçi əvvəlcədən müəyyən olunmuş şərtlərlə mənzildə yaşayır və müəyyən müddət ərzində ödəniş etdikdən sonra mənzil tam olaraq onun mülkiyyətinə keçir. Bu sistem vətəndaşların mənzil təminatını asanlaşdırmaq və daha geniş əhali qrupuna ev sahibi olmaq imkanı yaratmaq məqsədi daşıyır. Bəs kirayə üsulu ilə ev sahibi olmaq üçün hansı şərtlər vacibdir?

Mövzu ilə əlaqədar bütün detalları Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, iqtisadçı ekspert Vüqar Oruc Metbuat.az-a açıqlayıb.

O bildirb ki, kirayə üsulu ilə mənzillərin satılması ilə bağlı ilk növbədə vətəndaş elektron hökumət portalına inteqrasiya olunmuş “Elektron ipoteka və kredit zəmanətləri” sisteminə müraciət etməli, özü və ailə tərkibinə aid olan tələblərə cavab verməlidir:

“Bu tələblər ilkin qiymətləndirmə üçün qarşı tərəfin nə dərəcədə kirayə mənzil əldə edib-etməməsinə qərar vermək üçün istifadə olunur. Həmin suallar müsbət cavablandırıldıqda müraciət qəbul olunur və satış öhdəliyi ilə elektron ipoteka və kredit zəmanəti sistemində vətəndaşla müqavilə bağlanılır. Müqavilə bağlanana qədər ilkin qiymətləndirmə aparılır. Burada müraciət edən şəxsin Azərbaycan Respublikasının vətəndaşı olması vacib şərtdir. İkinci vacib şərt məhkum olub-olması barədə arayışın təqdim edilməsidir. Üçüncü şərt isə müraciət anına qədər öhdəliklərin olub-olmaması ilə bağlı məlumatdır. Həmçinin müraciət edən şəxsin yaşının 60-dan çox olmaması mütləqdir. Xüsusi olaraq qeyd etməliyəm ki, müqavilədə göstərilən müddətlə müraciət edən şəxsin yaşının cəmi 70-dən artıq olmamalıdır. Bu, müqavilə əsasında şəxsin ödəniş üçün ömür vaxtının yetərli olması ilə bağlı faktordur və ölkədə bütün vətəndaşlara orta ömür müddəti kimi tətbiq olunur. Bundan əlavə, şəxsin rəsmi qaydada təsdiqlənmiş gəlirlərə malik olması vacibdir. Sonra ilkin qiymətləndirmədə müraciət edən şəxsin və ailə üzvlərinin verilən tələblərə cavab verib-vermədiyi müəyyənləşdirilir. Onların ilk növbədə problemli kreditin olmaması, ödəniş qabiliyyətinin olması müəyyən olunur. İlkin qiymətləndirmədə hər hansı problem meydana çıxırsa, o zaman müqavilənin bağlanmasından imtina olunur”.

Ekspert qeyd edib ki, növbəti mərhələdə müraciət edən şəxs və onunla bərabər müraciət edən ailə üzvlərinin müvafiq orqanın nümayəndəsi ilə birgə görüşü keçirilir:

“Görüşlər növbəli müraciət şəklində həyata keçirilir. Sistem üzrə kim ilk müraciət edibsə, məhz həmin şəxs görüşə dəvət olunur. Bu sıralama bütün prosedur hallarda gözlənilir. İkinci etap kredit tarixçəsinin təhlilidir, yəni əvvəllər olan kreditlər, onların verilməsi, ödənişlərin gecikməsi və əgər təbii ki, son 24ay və yaxud 60 gün müddətində gecikmiş kreditin olub-olmaması müəyyən olunur, gəlirlərlə bağlı səhih məlumatlar əldə edilir. Məsələn, əgər müraciət edən şəxs sahibkardırsa, son 12 ay müddətindəki fəaliyyəti ilə bağlı rəsmi məlumat, iş yerindən arayışlar və sistemdən çıxarışlar təqdim olunur ki, həmin şəxsin gəlirləri barədə qarşı tərəfdə təsəvvür yaransın.

Son 12 ay ərzində 90 gündən çox gecikdirilmiş öhdəliyi olduqda kredit tarixçəsi mənfi kimiqiymətləndirir və bir çox hallarda həmin şəxslə müqavilə bağlanmasından imtina olunur. Gəlirlərlə bağlı məlumatlarda eynilə İpoteka və Kredit Zəmanəti Fonduna müraciət edən şəxslərə tətbiq olunan öhdəliklər burada da öz əksini tapır. Pensiyalar, sosial müavinətlər, alimentlər və s digər gəlirlər rəsmi gəlirlərə aid edilir və bu barədə məlumatlar təqdim olunmalıdır. Vətəndaşın həm Azərbaycan Respublikasında, həm də ölkə hüdudlarından kənardakı mənbələrdən əldə etdiyi gəlirlər bu prosesdə nəzərə alınır”.

V.Oruc vurğulayıb ki, əsas amil vətəndaşın mövcud orta aylıq gəlirinin kirayə məbləğini ödəmək üçün yetərli olmasıdır:

“Həmin məbləğdən müəyyən ödənişlər və öhdəliklər çıxılır. Məsələn, ailə üzvləri varsa, onların minimal xərcləri orada öz əksini tapır. Bu məbləğ yaşayış minimumu qədər- təqribən 190 manat təşkil edir. Bu, hər ailə üzvünə uyğun olaraq çıxılır, yerdə qalan məbləğ ərizəçimim kirayə müqaviləsini ödəməsinə kifayət edirsə, o zaman bu məsələyə müsbət yanaşılır və vətəndaş daha bir mərhələdən keçmiş hesab olunur.

Bütün mərhələlərdən keçəndən sonra, göstərilən bütün qaydalara, normativlərə uyğun gəldikdə Fondun səlahiyyətli nümayəndəsi ilə mənzil alqı-satqısına gələn şəxs arasında notarial qaydada müqavilə rəsmiləşdirilir. Burada bir şərt var ki, son 12 ayın kirayə ödənişi, yəni əgər kirayə ödənişi 500manatdırsa, 12 misli - 6000 manat ilkin olaraq ödəniş kimi ərizəçidən qəbul edilir. Əgər 12 mislindən əlavə ödənişlər də edilsə, o zaman yerin və mənzilin yaşayış sahəsinin seçilməsində daha fərqli və qiyməti yüksək olan variantların seçilməsi üçün şərait yaradılır”.

Sevinc İbrahimzadə / Metbuat.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:269
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 03 Fevral 2025 23:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see672

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see442

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see406

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see288

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see282

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see279

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see253

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see250

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see237

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see229

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see222

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see222

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see216

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see216

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see201

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see200

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see198

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see193

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see193

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri