Əvvəl çox idi, indi azaldı Yeni statistika
Yenisabah portalından verilən məlumata əsasən, Icma.az bildirir.
2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 1,1 faiz artıb. Bununla belə, ilin ilk səkkiz ayı ilə müqayisədə artım tempində ciddi azalma qeydə alınıb.
“Yeni Sabah” xəbər verir ki, hesabat dövründə ölkədə faktiki qiymətlərlə 11 milyard 905,3 milyon manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilib.
İstehsalın 51 faizi bitkiçilik, 49 faizi isə heyvandarlıq məhsullarının payına düşüb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə heyvandarlıq məhsullarının istehsalı 1,9 faiz, bitkiçilik məhsullarının istehsalı isə 0,5 faiz artıb. pizza
Qeyd edək ki, yanvar-avqust aylarında kənd təsərrüfatı məhsullarının istehsalında real artım 2,6 faiz təşkil edib. Sentyabrın sonuna bu göstərici 1,1 faizə enib.
Eyni zamanda, bitkiçilik sahəsində artım tempi 3,1 faizdən 0,5 faizə düşüb. Heyvandarlıqda isə artım 2 faizdən 1,9 faizə geriləyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 13 Oktyabr 2026 12:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















