Icma.az
close
up
RU
Əyləc işləməyəndə nə etməli? ƏTRAFLI TƏLİMAT

Əyləc işləməyəndə nə etməli? ƏTRAFLI TƏLİMAT

Avtosfer saytına istinadən Icma.az xəbər verir.

Əyləclərin işləməməsi hər bir sürücünün ən böyük qorxularından biridir. Bu, döyüş filmi süjeti deyil, istənilən an baş verə biləcək real təhlükədir. Belə vəziyyətdə həyəcan ən böyük düşməndir. Sakitlik, bilik və operativ qərarlar isə faciədən qaçmağın yeganə yoludur. Avtosfer.az xəbər verir ki, aşağıda avtomobilinizin əyləcləri işləmədiyi halda vəziyyəti düzgün qiymətləndirməyinizə kömək edəcək əsas izahlar və tövsiyələr toplanıb.

Əyləclər niyə işləməyə bilər?

•    Əyləc mayesinin sızması – sistemdə təzyiqin itməsi.
•    Aşınmış və ya düşmüş əyləc yastıqları.
•    Mayenin həddindən artıq qızması və “qaynaması”.
•    Supportun və ya əsas silindrin nasazlığı.
•    Səhlənkar texniki qulluq və ya ehtiyat hissələrinin vaxtında dəyişdirilməməsi.

Əyləclər işləmədikdə, hərəkətə yalnız çox yavaş və qısa müddət davam etmək olar. Adətən mütəxəssislər 1–2 km-dən artıq yol qət etməməyi, kəskin hərəkətlərdən və manevrlərdən qaçmağı məsləhət görürlər.

Əyləclər işləmədikdə hərəkət planı

1. Fövqəladə işıqları yandırın
İlk növbədə digər sürücülərə siqnal verin. Onlar başa düşməlidirlər ki, sizin avtomobiliniz nasazdır və təhlükə yaradır.

2. Sükana iki əllə nəzarət edin
Maşının gözlənilməz davranışına hazır olun. Sükanda möhkəm mövqe idarəni qorumağa kömək edəcək.

3. Pedalı “pompalamağa” cəhd edin
Əyləc pedalını bir neçə dəfə sona qədər basıb buraxın. Problem hava tıxacları və ya kiçik sızmadan yaranıbsa, bu kömək edə bilər. İkikonturlu sistemli maşınlarda bir kontur digərini əvəz edir. Ancaq bunu ritmik və hamar edin: kəskin hərəkətlər sistemi daha da pisləşdirir.

4. Mühərriklə sürəti azaldın
Mexaniki ötürmədə: ardıcıl şəkildə aşağı sürətlərə keçin, pillələri atlamayın. Qaz pedalını buraxın, mühərrik maşının sürətini azaltmağa başlayacaq.
Avtomat ötürmədə: əl rejimini, “L” və ya “2” mövqeyini seçin, varsa sükanaltı ötürmə “lapatkalarından” istifadə edin. Bu, sürət qutusunun aşağı pillədə qalmasını təmin edir və avtomobili yavaşladır.
Vacibdir: hərəkət zamanı mühərriki söndürməyin. Bu, sükanı bloklayır və qəza ilə nəticələnə bilər.

5. Əl əyləcindən ehtiyatla istifadə edin
Dayanacaq əyləci xilasedici ola bilər, amma onu tədricən çəkmək lazımdır.
Yüksək sürətdə kəskin dartmaq təkərləri bloklayacaq və maşını sürüşdürəcək.
Qolu asta-asta qaldırın ki, yastıqcıqlar yavaş-yavaş disklərə sıxılsın.
Maşın sürüşəndə, nəzarəti bərpa etmək üçün sükanı sürüşmə istiqamətinə çevirin.

6. Yavaşlama üçün manevr edin
Sürət az olduqda sükanı yüngülcə sağa-sola hərəkət etdirin — bu, əlavə müqavimət yaradır və dayanmanı sürətləndirir.

7. Relyefdən və maneələrdən istifadə edin
İmkan varsa, maşını yuxarı meyilli yol sahəsinə, yol kənarına, yumşaq torpağa və ya kolların üstünə yönəldin. Bu, sürəti qəfil zərbəsiz azaltmağa kömək edəcək.

Əlavə məsləhətlər
•    Soyuq havada əl əyləci donmuş ola bilər, onu ehtiyatla çəkin.
•    Əgər problem sistemdəki hava səbəbindən yaranıbsa, mütləq servisə gedin və sistemi diaqnostika etdirin, hava çıxarın.
•    Hər hansı qəza vəziyyətindən sonra hərəkəti davam etdirməyin, mütləq təmir edin.

Profilaktika ən yaxşı müdafiədir

Əyləc nasazlığı riskini azaltmaq üçün:
•    Əyləc mayesinin səviyyəsini və vəziyyətini mütəmadi yoxlayın.
•    Yastıqcıqları, diskləri və digər sərfiyyat hissələrini vaxtında dəyişin.
•    Planlı texniki baxışdan keçin, xırda nasazlıqların təmirini təxirə salmayın (Lent.az).

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 20 Sentyabr 2025 20:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see422

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see273

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see260

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see244

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see224

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see222

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see213

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see212

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

13 Oktyabr 2026 10:58see209

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see201

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see191

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see189

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see188

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see185

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see185

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see182

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see179

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see175

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see170

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri