Icma.az
close
up
RU
Eyni günəşin işığında: Azərbaycan və Çin 43 cü paraleldə görüşür

Eyni günəşin işığında: Azərbaycan və Çin 43 cü paraleldə görüşür

Yeniazerbaycan saytından alınan məlumata görə, Icma.az bildirir.

Qafqazdan Uzaq Şərqə uzanan əməkdaşlıq ...

Çin dili haqqında danışanda “sözün şəklinin çəkilməsi” kimi bir ədəbi bənzətmədən istifadə olunur - günümüzdə bu qədim diyar müasir dünyanın siyasi şəkilləndirilməsində də böyük pay sahibidir. Sentyabrın ilk günlərində bütün dünyanın, eləcə də Azərbaycanın diqqəti Pekinə yönəlmişdi. Şanxay Əməkdaşlıq Təşkilatının növbəti Zirvə Sammiti, yapon işğalına qarşı Çin xalq müqaviməti və İkinci Dünya müharibəsində Qələbənin 80-ci ildönümünə həsr olunmuş parad, dünya liderlərinin bu paradda iştirakı olduqca böyük siyasi hadisələr idi.

Vurğulandığı kimi, proses ölkəmizdə də diqqətlə izlənilirdi - Prezident İlham Əliyevin Çində ilk qarşılanma mərasimindən başlayaraq işgüzar səfərinin başa çatması anına qədər göstərilən dərin hörmət və ehtiram xüsusi təqdirəlayiq idi. Bütün addımlarda və davranışlarda ölkəmizin Çinin yaxın tərəfdaşı, ölkə başçımızın isə Çinin böyük dostu olması amili ön plana çıxırdı. Bu səfər bir daha sübut etdi ki, Azərbaycan yeni siyasi, iqtisadi, bir sözlə geostrateji transformasiyada böyük rolu üstlənmiş bir ölkədir. Azərbaycan qlobal ekoloji problemlərin həllində dostları ilə çiyin-çiyinədir. Bir daha sübut olundu ki, gələcək yüz ilin ən böyük iqtisadi əməkdaşlıq platforma və layihələrindən biri  birbaşa ölkəmizin təşəbbüsü, iştirakı və liderliyi ilə ərsəyə gəlir...

İşıqlı gələcək üçün zəmin: Azərbaycanın müasir inkişaf konsepsiyası...

Mənzərəni daha aydın görmək üçün mütləq şəkildə detallara nəzər yetirmək lazımdır. Prezident İlham Əliyevin Çinə səfəri zamanı ilk görüşü ÇXR Sədri Si Cinpinlə oldu. ÇXR Sədri:

- hazırda əlaqələrimizin hərtərəfli strateji tərəfdaşlıq müstəvisində inkişaf etdiyini;

- ölkələrimiz arasında ticarət dövriyyəsinin artdığını;

- energetika, o cümlədən bərpaolunan enerji, rəqəmsallaşma sahələrində əməkdaşlığın genişləndiyini;

- “Bir kəmər, bir yol” layihəsi çərçivəsində Azərbaycan-Çin əməkdaşlığının möhkəmləndiyini;

-Azərbaycan ərazisindən Çin mallarının daşınmasının əhəmiyyətini qeyd etdi, bu xüsusda Trans-Xəzər marşrutunun önəminə toxundu.

Si Cinpin ölkəsinin Azərbaycanın ŞƏT ilə əlaqələrinin genişlənməsini dəstəklədiyini, Azərbaycan ilə Ermənistan arasında davamlı sülhün təmin olunması istiqamətində birbaşa dialoqun əhəmiyyətini qeyd etdi, ölkəmizin suveren inkişaf modelinin Çin tərəfindən dəstəkləndiyini dedi.

Diqqət yetirsək, səslənən detallar birbaşa yeni nizamın strateji ştrixləridir. Çin-Azərbaycan əməkdaşlığının tezisləri sadəcə, əməkdaşlıq xatirinə deyil - bu, əsası yeni qoyulan bir inkişaf yolunun, prosesinin təməlidir. Toxunulan tezislər gələcək yüzilin tərəfdaşlıq strategiyasıdır.

Prezident İlham Əliyevin “China Energy Engineering Corporation Limited”, “Sichian Sunsync Photovoltaic Technology Co”, “CCCC”, “Powerchina group”, “China National Chemical Engineering”, şirkətlərinin, eləcə də “CETC” korporasiyasının rəhbərləri ilə keçirdiyi görüşlər də təsadüfi görüşlər deyil - sadalanan şirkətlər yeni dünyanın bərpaolunan “yaşıl enerji” istiqamətlərini müəyyənləşdirməyə çalışan, bu yolda böyük uğurlar qazanan, rəqəmsal texnologiyalar sahəsində idarəetmə qabiliyyətlərinin müasirləşdirilməsi, rəqəmsal iqtisadiyyatın inkişafı, milli şəbəkə təhlükəsizliyinin təmin olunması, kibertəhlükəsizlik və data tətbiqləri sahələrində fəal əməkdaşlı potensialına malik, nəqliyyat-logistika sahəsində müasir infrastrukturların yaradılmasında aparıcı investorlardan sayılan, “yaşıl enerji”, ətraf mühitin mühafizəsi, su resurslarının idarəolunması, elektroenergetika və “yaşıl hidrogen” layihələri, Günəş və külək elektrik stansiyalarının inşası, “ağıllı enerji sistemləri”nin inteqrasiyası kimi strateji və müasir inkişafın aparıcı ünsürlərini iş prinsipinə çevirən şirkətlərdir. Bu, Azərbaycanın müasir inikşaf xəttini göstərməklə yanaşı, Çin-Azərbaycan əməkdaşlığının istiqamətlərini bəlli edir. Beləliklə, Prezident İlham Əliyevin işgüzar səfəri ilkin növbədə Azərbaycanın yeni, müasir dünya standartları çərçivəsində inkişaf konsepsiyasının bəyan edilməsidir. Təsadüfi deyil ki, həm Çin ilə imzalanan ikitərəfli tsrateji əlaqələrin qurulması ilə bağlı sənədlərdə, həm də keçirilən görüşlərdə ifadə olunan fikirlərdə bu, ana xətt olaraq keçir...

Pekindən qlobal dünyaya: sülh, tərəfdaşlıq və pesrpektivlər üçün...

Səfərin əsas məqamlarından biri Azərbaycan Prezidentinin “ŞƏT plyus” formatında görüşdəki çıxışı oldu. Bu çıxış Azərbaycanın müasir inkişaf yolunun konseptual izahına çevrildi. Bütün dünyaya mesaj verildi ki:

- Azərbaycan beynəlxalq sülhün, təhlükəsizliyin və inkişafın təşviqi məqsədilə Çin tərəfindən irəli sürülmüş Qlobal İnkişaf Təşəbbüsünü, Qlobal Təhlükəsizlik Təşəbbüsünü və Qlobal Sivilizasiya Təşəbbüsünü fəal şəkildə dəstəkləyir.

- Azərbaycan Çin Xalq Respublikasının Sədri tərəfindən irəli sürülmüş Qlobal İdarəetmə Təşəbbüsünü dövlətlərin suveren bərabərliyi, BMT Nizamnaməsi və beynəlxalq hüquqa hörmət əsasında beynəlxalq münasibətlərin yaxşılaşdırılmasına yönəlmiş mühüm və vaxtında atılmış bir addım kimi alqışlayır;

- Azərbaycan Çin Xalq Respublikasının Sədri tərəfindən irəli sürülmüş “Bir kəmər, bir yol” təşəbbüsünü ilk dəstəkləyən ölkələrdəndir və bu istiqamətdə ciddi praktiki layihələr reallaşdırırıq;

- Azərbaycan Avrasiyanın nəqliyyat-logistika mərkəzlərindən biridir, beynəlxalq nəqliyyat dəhlizlərini fəal şəkildə inkişaf etdirir, müasir infrastruktur yaradır. Şərq-Qərb və Şimal-Cənub dəhlizləri yeni iqtisadi və nəqliyyat perspektivləri yaradıb.

Nəhayət, Azərbaycan regionda Çinin etibarlı tərəfdaşıdır və iki ölkə beynəlxalq və regional sülhün və təhlükəsizliyin qorunmasına töhfə verir, genişmiqyaslı iqtisadi, nəqliyyat və enerji layihələri həyata keçirir. Bu önəmli konseptual tezislər Azərbaycanın həm də qlobal mühitdə, yeni dünya nizamındakı fəal rolunu, yüksək yerini və əhəmiyyətini göstərir. Prezident İlham Əliyev dünyanın ən aparıcı iqtisadiyyatlarından birinə malik dövlətin paytaxtından bütün dünyaya Zəngəzur dəhlizinin yüksək əhəmiyyətini izah etdi: “Əminəm ki, yaxın gələcəkdə Zəngəzur dəhlizi həm Orta Dəhlizin, həm də Şimal-Cənub dəhlizinin növbəti mühüm seqmentinə çevriləcək, sülhü, çoxtərəfli tərəfdaşlığı möhkəmləndirəcək və Azərbaycan sərhədinin şərqində, qərbində, şimalında və cənubunda yerləşən yaxın və uzaq qonşularımıza fayda gətirəcək”.

Təhlükəsizlik reallığı: Azərbaycanın açdığı yol...

Çin tarixinin ən böyük və ən rəngarəng paradı baş tutdu. Paradla bağlı detallara varmaq istəməzdik - amma bir neçə məsələyə toxunmamaq mümkün deyil. Bu gün dünyamız gərginliklər, kataklizmlər və qarşıdurmalar meydanına çevrilib. Bu qarşıdurmalar bəzən açıq hərbi statusda, bəzən isə siyasi sanksiyalar vasitəsilə davam etdirilir. Gərgin, açıq ifadə etsək, qütbləşmənin daha da qatı rəng aldığı bir zamanda Azərbaycanın yaxın strateji tərəfdaşı olan Çinin keçirdiyi paradda nümayiş etdirdiyi hərbi arsenal özündə bir sülh, əməkdaşlıq prinsipini əks etdirirdi. Dövlət başçımızın “ŞƏT plyus” formatında görüşdəki çıxışı zamanı ifadə etdiyi kimi Azərbaycan beynəlxalq sülhün, təhlükəsizliyi və inkişafı təşviq edir - 2020-ci il Vətən müharibəsinin nəticələri bu mənada daha parlaq şəkildə önə çıxır. Azərbaycanın BMT Nizamnaməsi çərçivəsində öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi qlobal müstəvidə yeni təhlükəsizlik arxitekturasının formalaşması ilə nəticələndi - başqa sözlə, bu gün beynəlxalq əməkdaşlıq zolaqlarının açıq, təhlükəsiz və effektiv fəaliyyəti Azərbaycanın yaratdığı yeni reallıqların nəticələridir.

Gələcək əlaqələrin möhkəmlənməsi üçün körpü...

Bir daha qayıdaq əvvələ... Azərbaycan Prezidentinin Çində qarşılanma mərasimi əsl dost, mehriban, tərədaş ölkənin salamlanması kimi tarixə düşdü. Çin gəncləri əllərində gül-çiçək Azərbaycan Prezidentini və birinci xanımını qarşıladı. Bu qarşılanma mərasimi sadəcə protokol hadisəsi deyildi - bu, həm də iki qədim mədəniyyətin, iki sivilizasiyanın dərin rəmzlər vasitəsilə bir-birinə ehtiramını ifadə edən nümunə idi. Dövlət başçımızı əllərində rəngarəng çiçəklər tutmuş gənclərin qarşılamağı da təsadüfi deyildi. Çiçək - qədim Çin fəlsəfəsində təmizlik, ümid, sülh və dostluğun təcəssümüdür. Gənclərin isə bu missiyanı yerinə yetirməsi gələcək nəsillərin Azərbaycan-Çin münasibətlərinə inamının və uzunömürlülüyünün rəmzi kimi qəbul edilə bilər.

Bəli, Çin tarixində qonaqların çiçəklə qarşılanması dərin mənalar daşıyır. Çiçəklər yalnız gözəllik deyil, həm də qardaşlıq bağlarının, səmimiyyətin və qonağa ən yüksək hörmətin ifadəsidir. Çin ənənəsində qonağa çiçək təqdim etmək - ona ən saf hisslərlə, ən təmiz niyyətlə yanaşmaq deməkdir. Bu səbəbdən aeroportdakı gənclərin gül dəstələri ilə təbəssümlə dayanması Azərbaycan Prezidentinin timsalında Azərbaycan dövlətinə və xalqına göstərilən hörmətin bədii təcəssümü idi.

Burada bir məna qatının da vurğulanması zəruridir: Çin yalnız qonaqları qarşılamır, o, eyni zamanda onları öz mədəniyyətinə və ənənəsinə tanış edir. Çiçək - Çin fəlsəfəsində həm də həyatın davamlılığı, gələcəyin işıqlı olmasıdır. Bu baxımdan, İlham Əliyevin qarşılanması zamanı əllərdə tutulan çiçəklər iki dövlət arasında münasibətlərin yeni çiçəklənmə dövrünün rəmzidir.

Azərbaycan Prezidentinin Çində məhz belə bir mənzərə ilə qarşılanması həm də milli qürurumuzdur. Çünki bu, dövlət başçısına göstərilən şəxsi ehtiram olmaqla yanaşı, Azərbaycan xalqının beynəlxalq aləmdə qazandığı nüfuzun həm də Çin kimi bir dövlət tərəfindən təsdiqi idi. Çin gənclərinin səmimiyyətlə uzatdığı çiçəklər bir mesajı da daşıyırdı: Azərbaycan-Çin münasibətləri sadəcə siyasi-diplomatik müstəvidə deyil, xalqların qəlbində, ənənə və rəmzlərində də kök salmış bir dostluğa çevrilir...

Pərviz SADAYOĞLU

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 05 Sentyabr 2025 12:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bu gün layiq olduğumuz qələbə əldə etdik”

19 Oktyabr 2025 19:14see185

Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə olunur SİYAHI

20 Oktyabr 2025 08:25see179

Rəştdən Həştərxana birbaşa uçuşlar başladı

19 Oktyabr 2025 19:10see142

Sarıkökün bu faydalarını çoxları bilmir

20 Oktyabr 2025 07:01see136

Ərdoğandan Şimali Kiprdə keçirilən prezident seçkilərinin ilkin nəticələrinə reaksiya

20 Oktyabr 2025 00:57see134

“Amazon”, “Snapchat” və “Zoom”da problem yarandı

20 Oktyabr 2025 14:39see133

Həkimlər soyuq mövsümdə immuniteti gücləndirməyin yollarını açıqlayıblar

19 Oktyabr 2025 07:43see132

Tramp görüşü zamanı daim Zelenskiyə söyüş söyürdü

19 Oktyabr 2025 23:19see132

Körpələrdə genetik xəstəliklərin aşkarlanması üçün ölkəyə 300 mindən çox test gətiriləcək

19 Oktyabr 2025 20:14see131

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see130

Tbilisidəki son etirazlara görə 14 nəfər saxlanıldı

19 Oktyabr 2025 18:49see129

Luvr muzeyində Azərbaycan nəfəsi: Parisdə gənc rəssam Diana Quliyevanın əsərləri sərgilənir Foto

19 Oktyabr 2025 09:10see128

“Mən ABŞ ı təhlükəyə ata bilmərəm...”

19 Oktyabr 2025 19:18see126

Rıbin və həyat yoldaşı öləcəkləri halda tək oğul övladlarına təlimatlar tərtib ediblər...

20 Oktyabr 2025 00:18see126

Sabah yağış yağacaq

19 Oktyabr 2025 13:05see125

Elmar Məmmədyarovdan açıqlama: “Kimin qarın ağrısı varsa, adımı hallandırır”

19 Oktyabr 2025 21:04see124

İş adamı hava limanında həbs edildi

20 Oktyabr 2025 20:43see123

Mütəxəssislər xəbərdarlıq edir: 50 yaşdan sonra bu qidalar məhdudlaşdırılmalıdır

19 Oktyabr 2025 07:08see123

Sofiya Universitetində “Azərbaycan suveren dövlətçilik yolunda” sərgisinin açılışı

19 Oktyabr 2025 06:45see123

Qara zirə yağı: Hər dərdin dərmanı

20 Oktyabr 2025 05:06see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri