Icma.az
close
up
RU
“Facebook” a qarşı şok ittiham Meta İsrail yaşayış məntəqələrini təbliğ edən reklamlardan gəlir əldə edir

“Facebook” a qarşı şok ittiham Meta İsrail yaşayış məntəqələrini təbliğ edən reklamlardan gəlir əldə edir

Icma.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Əl-Cəzirə” tərəfindən aparılan araşdırmaya görə, “Facebook” müxtəlif qeyri-insani fəaliyyətlərdən gəlir əldə edib. Bu vəziyyət sosial media nəhənginin beynəlxalq hüququ poza biləcək məzmundan qazanc əldə etməsi ilə bağlı narahatlıqları artırıb.

Gununsesi.info türk mediasına istinadən xəbər verir ki, “Facebook” qeyri-qanuni məskunlaşmaları və İordan çayının qərb sahilində ifrat sağçı məskunlaşanların fəaliyyətini təbliğ edən 100-dən çox ödənişli reklam yayımlayıb.
Aşkar edilən reklamlar arasında fələstinlilərin evlərinin, məktəblərinin və oyun meydançalarının sökülməsinə çağırışlar, həmçinin Qəzzada fəaliyyət göstərən İsrail hərbi birləşmələri üçün ianə toplanması da daxildir.

“Facebook”un ana şirkəti “Meta” “Əl Cazirə”yə bildirib ki, onun platformasında dərc olunan bütün reklamlar şirkət tərəfindən nəzərdən keçirilir. Şirkət bəzi reklamların (sosial məsələlər, seçkilər və siyasətlə bağlı) silindiyini etiraf etsə də, oğurlanmış Fələstin torpaqlarında tikilmiş qanunsuz yaşayış məskənlərinin təbliğinin bu standartları pozub-pozmadığını bildirməyib.

“Əl-Cəzirə” yə danışan hüquq ekspertləri bildiriblər ki, bu reklamları təsdiqləmək, ödənişi qəbul etmək və dərc etməklə “Meta” beynəlxalq hüququn pozulmasında şərik ola bilər. Böyük Britaniya parlamentində millət vəkili olan Brian Leishman, Avropa Parlamentinin üzvü, tapıntıları “dərin narahatlıq doğuran” adlandırıb.

İşğal altındakı İordan çayının qərb sahilindəki yaşayış məntəqələrində mülk satışını təşviq edən İsrail daşınmaz əmlak şirkətlərinin ən azı 52 ödənişli reklamı tapılıb. Bu reklamlar bütün İsraildən olan alıcılar, həmçinin Böyük Britaniya və ABŞ-dəki bəzi istifadəçilər üçün nəzərdə tutulmuşdu. Bu reklamlar ilk dəfə 2024-cü ilin martında yayımlanıb. Onların bir çoxu “Facebook” da aktiv olaraq qalmağa davam edir.

“Əl-Cəzirə” tərəfindən aşkarlanan reklamlara işğal altındakı İordan çayının qərb sahilində Yaşıl Xəttdən 20 km şərqdə yerləşən qeyri-qanuni İsrail yaşayış məntəqəsi olan Arieldə əmlakın satışını təşviq edən ən azı dörd reklam var. İvrit dilində yazılmış və israilli “Facebook” istifadəçiləri üçün nəzərdə tutulmuş reklamlar, özünü “əla həyat keyfiyyəti üçün penthauslar” təklif edən “Ramat Aderet” adlı Facebook səhifəsi tərəfindən ödənilib.

“Ramat Aderet” “Əl Cəzirə” nin sorğusuna cavab verməyib.

Günel Həsənova

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:51
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 01 Aprel 2025 14:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see231

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see207

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see201

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see181

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see154

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see148

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see144

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see141

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see134

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see131

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see131

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see131

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri