Icma.az
close
up
RU
“Facebook”da ən çox “bəyənilən” mətbuat katibləri Siyahı

“Facebook”da ən çox “bəyənilən” mətbuat katibləri Siyahı

Yeniavaz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


Məşhur “Statcounter” beynəlxalq statistika mərkəzinin iyun ayına olan son məlumatına görə, Azərbaycanda ən populyar sosial şəbəkə “Facebook” hesab olunur.
Yeniavaz.com
xəbər verir ki, Azərbaycanda 5,6 milyondan çox “Facebook” istifadəçisinin olduğu bildirilir.
Dövlət qurumları da vətəndaşları məlumatlandırmaq üçün əsasən məhz bu sosial şəbəkədən istifadə edir. Nazirliklərin qərarları, açıqlamaları, xəbərdarlıqları və digər rəsmi məlumatları əksər hallarda ilk olaraq “Facebook” üzərindən ictimaiyyətə çatdırılır.
Bəs bu məlumatları cəmiyyətə çatdıran məsul şəxslərin özlərinin sosial şəbəkədəki “nüfuzu” nə qədərdir? Onların neçə izləyicisi, “dostu” var? Hansı mətbuat katiblərinin isə ümumiyyətlə “Facebook” hesabı yoxdur?
Apardığımız araşdırma göstərir ki, ən çox izləyiciyə malik mətbuat katibi Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Elşad Hacıyevdir. Onun “Facebook” hesabını 46 min nəfər izləyir.
İkinci yerdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat katibi Fazil Talıbov qərarlaşıb. Onun hesabını 11 min nəfər izləyir. İlk üçlüyü isə 7,1 min izləyici ilə Müdafiə Sənayesi Nazirliyinin mətbuat katibi Nərmin Əhmədova tamamlayır.
Sonrakı sıralarda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin mətbuat katibi Rəşad Bayramov (6,9 min izləyici), Gənclər və İdman Nazirliyinin mətbuat katibi Qabil Mehdiyev (6 min izləyici), Mədəniyyət Nazirliyinin mətbuat katibi Aynur Kərimova (5,8 min izləyici), Maliyyə Nazirliyinin mətbuat katibi Mais Piriyev (3,9 min dost), Ədliyyə Nazirliyinin mətbuat katibi Ləman Hüseynzadə (3,1 min izləyici), Kənd Təsərrüfatı Nazirliyinin mətbuat katibi Ramin Qurban (1,9 min dost), Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə (1,4 min dost), Energetika Nazirliyinin mətbuat katibi Cahid Mikayılov (1,3 min izləyici) və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova (1,1 min dost) yer alırlar.
Araşdırma zamanı həmçinin məlum olub ki, bəzi nazirliklərin mətbuat katiblərinin ümumiyyətlə “Facebook” hesabı yoxdur. Bunlar Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov, Elm və Təhsil Nazirliyinin mətbuat katibi Səbuhi Rzayev, Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov, Fövqəladə Hallar Nazirliyinin mətbuat katibi Gülçin Mehdiyeva və İqtisadiyyat Nazirliyinin mətbuat katibi Leyla Zamanovadır.
Elnur Əli
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:172
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 28 İyul 2026 16:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see320

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see315

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see299

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see295

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see293

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see293

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see287

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see281

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see281

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see270

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see256

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see251

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see247

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see244

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see238

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see236

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see233

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see232

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see220

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see209
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri