Icma.az
close
up
RU
Faiq Ələkbərli “Türk xalqlarının ortaq fəlsəfi təfəkkür tarixi: ənənə və çağdaşlıq” mövzusunda onlayn məruzə edib

Faiq Ələkbərli “Türk xalqlarının ortaq fəlsəfi təfəkkür tarixi: ənənə və çağdaşlıq” mövzusunda onlayn məruzə edib

Icma.az, Oxumeni.az portalına istinadən məlumat yayır.

Faiq Ələkbərli “Türk xalqlarının ortaq fəlsəfi təfəkkür tarixi: ənənə və çağdaşlıq” mövzusunda onlayn məruzə edib

22 noyabr 2025-ci il tarixində Türk Eli Beynəlxalq Cəmiyyəti tərəfindən “Türk xalqlarının ortaq fəlsəfi təfəkkür tarixi: ənənə və çağdaşlıq” mövzusunda onlayn seminar keçirilib. Seminarın moderatoru Süleyman Demirel Üniversitesinin əməkdaşı, Dr. İbrahim Kuş bildirib ki, bu kimi seminarları keçirməkdə əsas məqsəd Türk xalqlarının ortaq mədəniyyətinin, tarixinin, ədəbiyyatının, fəlsəfəsinin formalaşdırılmasıdır.

Daha sonra moderator mövzu ilə bağlı məruzə etmək üçün sözü AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir fəlsəfəsi şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərliyə verdi. Öz növbəsində Faiq Ələkbərli Türk xalqlarının ortaq fəlsəfəsinin yazılmasının əhəmiyyətindən bəhs edib. O bildirib ki, hazırda dünyada bir çox xalqların fəlsəfəsindən və filosoflarından bəhs edildiyi halda, “Türk fəlsəfəsi” ilə “Türk filosofu” anlayışlarına nadir hallarda rast gəlmək mümkündür. Bütövlükdə isə “Türk fəlsəfəsi” və “Türk filosofu” anlayışlarının dünya fəlsəfəsində, dünya fəlsəfə tarixində özünəməxsus bir yeri olması fikrini söyləmək çox çətindir. Ən yaxşı halda Türk düşüncəsi, Türk fəlsəfəsi İudaizm, Buddizm, Zərdüştizm, Xristianlıq, İslamlıq və bu kimi dinmlərin ya da dini-fəlsəfi təlimlərin, mədə¬niyyətlərin müəyyən bir tərkib hissəsi kimi verilərək, onun müstəqil varlığından isə qətiyyən bəhs olunmur. Məsələn, Hind fəlsəfi təlimi buddizmə, Çin fəlsəfi təlimi konfusiliyə, Yunan fəlsəfi təlimi kosmologiyaya, İran/Fars fəlsəfi təlimi zərdüştlüyə Türk bilgələrin hər hansı əlavələrinin, şərhlərinin olması haqqında bilgilər verildiyi halda, müstəqil bir Türk fəlsəfəsinin adı çəkilməmişdir. Bizcə, “Türk fəlsəfəsi”, “Türk filosofu” anlayışlarının dünya fəlsəfəsinə ya da dünya fəlsəfə tarixinə daxil olmamasına əsas səbəb də, ancaq həmin dini-fəlsəfi, fəlsəfi təlimlərin tərkib hissəsi kimi göstəril¬məsi olmuşdur. Məhz bunun nəticə olaraq, ən yaxşı halda ilk Türk filosofları olaraq Orta çağda yaşamış Məhəmməd Farabi, Əbu Reyhan əl-Biruni, Əhməd Yəsəvi, Matrudi və başqalarının adları çəkilir ki, onlarda əsasən İslam mədəniyyətinin ya da ərəbdilli fəlsəfənin nümayəndələri kimi qələmə verilirlər.Üstəlik, hazırda “Türk fəlsəfəsi”, “Türk filosofu” anlayışları ilk növbədə və əsasən Türkiyə ilə məhdudlaşdırılır. Halbuki qədim dövr və orta çağda əsasən belə bir problem olmayıb. Yəni Türk xalqlarının mütəfəkkirləri hansı coğrafiyada və dövlətdə yaşmasından asılı olmayaraq Türk mütəfəkkiri, Türk bilgəsi kimi tanınmışdır. Ancaq hazırda müstəqil Türk dövlətlərində və müstəqil olmayan digər Türk xalqlarında “Türk fəlsəfəsi”, “Türk filosofu” anlayışları daha məhdud, milli-coğrafi (Azərbaycan filosofu, Qazax filosofu, Özbək filosofu, Tatar filosofu, Başqırd filosofu və b.) anlamda başa düşülür.Ona görə də, dəqiqləşdirilməlidir: Türk fəlsəfəsi ya da Türk xalqlarının fəlsəfəsi, Türk filosofu ya da Azərbaycan filosofu, Qazax filosofu, Türkmən filosofu və s. Bizcə, ən doğru, optimalı olanı Türk fəlsəfəsi və Türk filosofudur.

Mövzu ilə bağlı Türk Eli Beynəlxalq Cəmiyyətinin başqanı Sarvar İspaihi, AMEA Fəlsəfə və Sosiologiya institutunun aparıcı elmi işçisi, dos., dr. Zeynəddin Şabanov, Türkiyədən prof. Ali Yılmaz , Qırğızıstandan prof. Jenişbek Duyşev, Qazaxıstandan prof. Azamat Kaliyev, Özbəkistandan dos. Məqsudə Hacıyeva, prof. Şahistoxan Ulcayeva, prof. Gularam Maşaripova, dos. Tahircon Qozoqov və başqaları da çıxış ediblər.

Əziz MUSTAFA, Oxuməni.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:57
embedMənbə:http://oxumeni.az
archiveBu xəbər 22 Noyabr 2025 22:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see764

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see230

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see199

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see198

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see173

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see171

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see159

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see158

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see155

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see154

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see146

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see145

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see144

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see143

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see140

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see139

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see139

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see137

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see134

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri