Icma.az
close
up
RU
Faiz dərəcələri banklara əmanət qoyan şəxslərə sərf edir, kredit götürənlərin ürəyincə deyil

Faiz dərəcələri banklara əmanət qoyan şəxslərə sərf edir, kredit götürənlərin ürəyincə deyil

Bizimyol saytına istinadən Icma.az xəbər verir.

Azərbaycandakı bankların 2025-ci ilin yanvar-fevral ayında kreditlərdən əldə etdiyi gəlirlər açıqlanıb. Mərkəzi Bankın məlumatında qeyd edilir ki, bu ilin ilk 2 ayında bankların kreditlər üzrə faiz gəlirləri 593.4 milyon manat təşkil edib. Bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 23% çoxdur. Bankların 2024-cü ilin eyni dövründə kreditlər üzrə faiz gəlirləri 482.2 milyon manat təşkil etmişdir. Cari ilin yanvar-fevral ayında faizlər üzrə xərcləri isə 262.8 milyon manat olub. Faiz xərclərinin böyük hissəsi depozitlər üzrə faiz xərcləridir.

İqtisadçı Əkrəm Həsənov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, banklar daha çox kredit verdikləri üçün daha çox faiz əldə edirlər: “Bu da gözlənilən bir haldır. Burada gözlənilməyən heç bir hal yoxdur. Faiz dərəcələri də bazarda yüksək idi və bu banklara sərf edirdi. Biz deyirik ki, əhaliyə sərf etmir, banka sərf edir. Amma bizdə milli valyutada əmanətlər üzrə də faizlər daha çox yüksəkdir. Milli valyutada 10-12 faizdir. Biz adətən Avropa ilə müqayisə edirik ki, orada kredit faizləri aşağıdır, amma orada əmanətlər üzrə də faizlər aşağıdır. Bank da əmanət götürür, onun üstünə öz qazancını qoyur və kredit verir”.

Əkrəm Həsənov

İqtisadçı vurğulayıb ki, Azərbaycanda ümumiyyətlə faizlər yüksəkdir. Əkrəm Həsənov qeyd edib ki, banklara əmanət qoyan şəxslərə faiz dərəcələri sərf edir, kredit götürənlərə isə bu sərf etmir və bank üçün də əmanət götürəndə sərf etmir, kredit verəndə sərf edir. Ekspertin fikrincə, yüksək faiz iqtisadiyyat üçün heç də yaxşı göstərici deyil və iqtisadi aktivliyi azaldır.

Kredit faizləri niyə yüksəkdir?

İqtisadçı qeyd edib ki, kredit riski yüksək olduğu üçün verilən pulun qaytarılmaması ehtimalı ya qaytarılmasında problemin yaranması, məhkəmələrin icra məmurlarının qanunsuz əməlləri və s. risklər var.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:95
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 16 Aprel 2025 09:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see316

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see240

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see206

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see201

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see199

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see193

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see184

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see184

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see177

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see177

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see170

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see168

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see160

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see160

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see156

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see156

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see148

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see144

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see138

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri