Icma.az
close
up
RU
Faizə 2500 manat götürmüşdüm, 3500 qaytarmalı idim Sələmə görə törədilən qətlin təfərrüatı

Faizə 2500 manat götürmüşdüm, 3500 qaytarmalı idim Sələmə görə törədilən qətlin təfərrüatı

Unikal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Kamran Muxtarovun sədrliyi ilə Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədi ilə qəsdən adam öldürmə) maddəsi ilə təqsirli bilinən Elvin Səyavuş oğlu Əsədovun məhkəmə prosesinin növbəti iclası keçirilib.

"Unikal"ın məlumatına görə, zərərçəkənin hüquqi varisi Suğra Cabbarova Firudin adlı şahidin gətirilməsinin vacib olduğunu qeyd etdi. Hakim Kamran Muxtarov şahid Firudinin hərbçi olduğunu əsas gətirərək onun gətirilməsi ilə bağlı hərbi komandanlığa rəsmi məktub göndərəcəyini bildirdi. 

Sonra bəzi şahidlərin telefonlarının anten məlumatları barədə məlumat verilib. Məlum olub ki, Qaçay adlı şahid hadisə baş verən gün, dekabrın 30-da saat 20:51- dən 22:35-ə kimi Nəsimi rayonu, Cavadxan küçəsində olub, yəni qətlə yetirilən Zamiqin yaşadığı ərazidə. Həmçinin Qaçayın Zamiqlə yaxın olduğu, hətta bir yerdə iş gördüyü də məlum olub. Belə ki, Qaçay faizə pul götürmək istəyən hərbciləri Zamiqin yanına gətirib və faizdən xeyrini götürüb. 

Müdafiə tərəfi öz vəsatətini elan elədi. Biri təqsirləndirilən şəxsin adına olan bank kartlarının məlumatlarını çıxarmaq. Bilinsin ki, Elvin Zamiqə nə qədər kart vasitəsilə pul göndərib, Zamiq Elvinə nə qədər pul göndərib. 

Təqsirləndirilən şəxs Elvin də Zamiqin bank kartına pul göndərdiyini etiraf etdi: "Mən ondan 2500 manat faiz  götürmüşdüm, üstü ilə 3500 manat verməli idim".

Məhkəmə prosesi 23 dekabr tarixinə kimi təxirə salındı. 

Xatırladaq ki, hadisə otən il dekabrın 30-da paytaxtın Nəsimi rayonu ərazisində qeydə alınıb. 

Baş vermiş qətl hadisəsi ilə bağlı Nəsimi Rayon Prokurorluğu məlumat yayıb.

Aparılmış istintaqla müəyyən edilib ki, Elvin Əsədov tanışı Zamiq Cabbarova olan 2500 manat faiz pul borcunu ödəməkdən yayınmaq və qisas almaq məqsədilə Nəsimi rayonunun Cavadxan küçəsi ərazisində sonuncuya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Elvin Əsədova Cinayət Məcəlləsinin tamah məqsədilə qəsdən adam öldürmə maddəsi ilə yekun ittiham elan edilib və müstəntiqin vəsatəti, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən rayon prokurorunun təqdimatı əsasında barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Seymur Əli


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:88
embedMənbə:https://unikal.az
archiveBu xəbər 02 Dekabr 2024 15:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukraynadakı müharibə heç kimin vecinə deyil Conson

20 İyul 2025 01:14see124

Zuğulba şosesində avtomobildə baş verən yanğın sıxlığa səbəb olub

20 İyul 2025 00:19see121

Konqo hökuməti ilə M23 qruplaşması sülh sazişi ilə bağlı razılığa gəlib

20 İyul 2025 02:30see119

Enerji içkiləri canlandırır, lakin nəticəsiz deyil...

19 İyul 2025 20:05see116

Böyük Britaniyada Qanqster nənə həbs edildi: 100 milyon dollar, bir tondan artıq narkotik İTTİHAMI

20 İyul 2025 01:49see116

20 il komada qalan şahzadə öldü FOTOLAR

20 İyul 2025 09:29see115

Ukraynada hökumət dəyişikliyi ABŞ ın istəyi ilə olub

20 İyul 2025 10:10see113

32 kilometrdə toqquşan MARAQLAR

20 İyul 2025 15:01see113

Prezident: Azərbaycan ekoloji baxımdan çox düzgün mövqe seçmiş ölkədir

19 İyul 2025 17:40see113

ABŞ konqresmeni ofisində infarktdan öldü

19 İyul 2025 23:54see113

“Ölkəmizdə risklərin daxili mənbələri yoxdur”

19 İyul 2025 23:24see113

Rusiyanın strateji səhvi: Bakı da uzaqlaşır Vaşinqton Post

20 İyul 2025 08:02see113

Atletiko nun qapıçısı növbəti mövsümə bu klubda başlayacaq RƏSMİ

20 İyul 2025 17:02see112

Bakıda möcüzəli göl insanlar axın edir VİDEO

20 İyul 2025 21:54see112

Reytinq turnirində daha 2 medal

20 İyul 2025 00:18see112

Rusiyada avtobusun uçuruma yuvarlanması nəticəsində 14 nəfər ölüb

21 İyul 2025 02:29see112

Sabahın havası meteohəssas insanlar üçün əlverişsizdir

20 İyul 2025 14:05see112

800 illik əfsanəni bir sözün düzəldilməsi tamamilə dəyişdi

20 İyul 2025 21:48see110

Əli Laricani Kremldə: Putinlə söhbətin mövzusu nə olub?

20 İyul 2025 17:47see110

Güclü tayfun insanları yerindən belə qopardı ANBAAN VİDEO

20 İyul 2025 17:40see108
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri