Icma.az
close
up
RU
Faizə 2500 manat götürmüşdüm, 3500 qaytarmalı idim Sələmə görə törədilən qətlin təfərrüatı

Faizə 2500 manat götürmüşdüm, 3500 qaytarmalı idim Sələmə görə törədilən qətlin təfərrüatı

Icma.az, Oxu.az portalına istinadən məlumat verir.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Kamran Muxtarovun sədrliyi ilə Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədi ilə qəsdən adam öldürmə) maddəsi ilə təqsirli bilinən Elvin Səyavuş oğlu Əsədovun məhkəmə prosesinin növbəti iclası keçirilib.

Oxu.Az "Unikal"a istinadən xəbər verir ki, zərərçəkənin hüquqi varisi Suğra Cabbarova Firudin adlı şahidin gətirilməsinin vacib olduğunu qeyd edib. Hakim Kamran Muxtarov şahid Firudinin hərbçi olduğunu əsas gətirərək onun gətirilməsi ilə bağlı hərbi komandanlığa rəsmi məktub göndərəcəyini bildirib.

Sonra bəzi şahidlərin telefonlarının anten məlumatları barədə məlumat verilib. Məlum olub ki, Qaçay adlı şahid hadisə baş verən gün, dekabrın 30-da saat 20:51-dən 22:35-ə kimi Nəsimi rayonu, Cavadxan küçəsində olub, yəni qətlə yetirilən Zamiqin yaşadığı ərazidə. Həmçinin Qaçayın Zamiqlə yaxın olduğu, hətta bir yerdə iş gördüyü də məlum olub. Belə ki, Qaçay faizə pul götürmək istəyən hərbçiləri Zamiqin yanına gətirib və faizdən xeyrini götürüb.

Müdafiə tərəfi öz vəsatətini elan edib - təqsirləndirilən şəxsin adına olan bank kartlarının məlumatlarını çıxarmaq. Bilinsin ki, Elvin Zamiqə nə qədər kart vasitəsilə pul göndərib, Zamiq Elvinə nə qədər pul göndərib.

Təqsirləndirilən şəxs Elvin də Zamiqin bank kartına pul göndərdiyini etiraf edib: "Mən ondan 2500 manat faiz götürmüşdüm, üstü ilə 3500 manat verməli idim".

Məhkəmə prosesi dekabrın 23-nə kimi təxirə salındı.

Xatırladaq ki, hadisə ötən il dekabrın 30-da paytaxtın Nəsimi rayonu ərazisində qeydə alınıb.

Baş vermiş qətl hadisəsi ilə bağlı Nəsimi Rayon Prokurorluğu məlumat yayıb.

Aparılmış istintaqla müəyyən edilib ki, Elvin Əsədov tanışı Zamiq Cabbarova olan 2500 manat faiz pul borcunu ödəməkdən yayınmaq və qisas almaq məqsədilə Nəsimi rayonunun Cavadxan küçəsi ərazisində sonuncuya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Elvin Əsədova Cinayət Məcəlləsinin tamah məqsədilə qəsdən adam öldürmə maddəsi ilə yekun ittiham elan edilib və müstəntiqin vəsatəti, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən rayon prokurorunun təqdimatı əsasında barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:53
embedMənbə:https://oxu.az
archiveBu xəbər 02 Dekabr 2024 19:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya bankları İran akkreditivlərini qəbul etməyə başlayıblar

20 Oktyabr 2025 15:22see212

Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə olunur SİYAHI

20 Oktyabr 2025 08:25see201

AZAL da yarıtmaz idarəçilik, yoxsa... Təyyarələrdə yaranan problemlər nəylə bağlıdır? (VİDEO)

21 Oktyabr 2025 09:20see172

Qazaxıstan və Azərbaycan arasında süni intellekt və İT sahəsində əməkdaşlıq üçün böyük potensial var Nazirliyin İdarə rəhbəri

20 Oktyabr 2025 17:30see165

Xaricdə saxta təhsil: Valideynlər xəbərsiz, tələbələr savadsız EKSPERT RƏYİ

21 Oktyabr 2025 05:43see152

Sarıkökün bu faydalarını çoxları bilmir

20 Oktyabr 2025 07:01see150

“Həyatın mənası yaşla necə dəyişir? Yeni tədqiqat

21 Oktyabr 2025 15:52see142

“Amazon”, “Snapchat” və “Zoom”da problem yarandı

20 Oktyabr 2025 14:39see141

Naxçıvan məktəblisi “Statistik olimpiada”nın qalibi olub

21 Oktyabr 2025 03:36see134

İş adamı hava limanında həbs edildi

20 Oktyabr 2025 20:43see132

Səhər yeməyində turşu yeməyin 5 faydası

21 Oktyabr 2025 02:51see131

Oyundan sonra duş qəbul edə bilmədilər Atletiko dan UEFA ya şikayət

21 Oktyabr 2025 00:12see129

Bunları yesəniz gec YAŞLANACAQSINIZ

21 Oktyabr 2025 02:37see128

Yarım əsrimə qədəm qoydum

21 Oktyabr 2025 20:33see128

Fransada tornado nəticəsində 1 nəfər ölüb, xəsarət alanlar var

21 Oktyabr 2025 03:34see127

Qara zirə yağı: Hər dərdin dərmanı

20 Oktyabr 2025 05:06see126

Zəngilan son beş ildə müasir və böyük əhəmiyyətə malik bölgəyə çevrilib

20 Oktyabr 2025 09:17see124

Türkiyədə Can Holding in rəhbəri həbs olundu

21 Oktyabr 2025 01:36see121

Türkiyəni sarsıdan cinayətlə bağlı daha bir nəfər saxlanıldı

21 Oktyabr 2025 01:51see119

Xalq artistindən İDDİALI FOTOSESSİYA

20 Oktyabr 2025 17:22see117
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri