Icma.az
close
up
RU
“Fake news” yayan fabricator lar

“Fake news” yayan fabricator lar

Sia Az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İnsan kimi dövlətlərin də dostu və düşmənləri olur. Onların arasında namərdlər çox olduqca işlər də çətinə düşür, əvəzində müqavimət hormonları təsirlərin neytrallaşmasında önəmli amil kimi meydana çıxır. Bir tərəfdən bu yaxşı haldır, hərəkətlilik artır, bütün orqanlar ayıq-sayıq olur, digər tərəfdən izafi enerji itkisi baş verir. Biri də var yalan informasiyalara, yəni “fake-news” xəbərlərə qarşı dirəniş göstərmək, döyüşmək. Bu, lap Don Kixodun yel dəyirmanı ilə savaşına bənzəyir, görüntü var, amma sonunda ilğım kimidirlər.

Bu gün dünyamız siyasətin idarəçiliyi, yalanın basqısı altındadır. Topdağıtmaz qalalar yalan məlumatlardan uçurulub-dağıdılır. Doğrunu demək, sübut etmək də çətinləşib, insanlar sanki yalana acdırlar, ləzzət alırlar şərin meydan sulamasından, həvəslidirlər dostluq pozulsun, iki qardaş bir-birinə sevgi əvəzinə nifrət yağdırsın. Bəs kimdir bu nadürüstlər, nankorlar, aravuranlar, dostluqdan sancı çəkənlər? Niyə öz həyatlarını yaşamırlar, yalana daim hamilə olan bu məxluqlar bizdən nə istəyirlər? Türkiyə iə Azərbaycanın dostluğundan, qardaşlığından narahat olan, gecəsi ərşə çəkilənlər az deyil, onların kimliyi də bəllidir. Daim əlləri tətikdə marıqda gizləniblər ki, nişangaha gələsən. 200 ildir ki, düşmən olduqlarını bildiyimiz halda onları bəsləyirik, xəyanətlərini görməzdən gəlirik, tarixdən dərs çıxaracaqları günü gözləyirik, amma… Düşmən elə düşməndir, səngərdə də, sivil həyatda da, siyasətdə də, mədəniyyətdə də, ticarətdə də, elmdə də, fərq etməz.
44 günlük davamız bitəndə düşündük ki, işğalçı ağıllanıb, daha bundan sonra silahını bir tərəfə qoyacaq və ona sarı bir ömür boylanmayacaq. Biz də sülhə kökləndik, uzun ayrılıqdan sonra sabitliyə, dincliyə qovuşacağımızı səbirsizliklə gözlədik. Hətta düşmənə törətdiyi vəhşiliklərə rəğmən tarixdə heç bir rəqibin etmədiyi güzəştləri etdik, ona özünə gəlmək üçün fürsət qazandırdıq. 5 ildir ki, sülh müqaviləsini imzalayacağı günü gözləyirik. Düzdür, biz tərəfə yeni qazdığı səngərlərdən boylana bilmir, onun əvəzindən başqaları dürbinlə bizə baxır. Amma yenə dinc dayanmır, dünyadakı uzantılarını işə salıb, yalanlarını tirajlayır, təxribatlar törədir.

Yaxın Şərqdə 80 il bundan əvvəl itən kələfin ucu bu gün həndəsi silsilə ilə artıb, çoxalıb. Kimin əlində kəsilmiş iplərin ucu varsa o özünü haqlı sayır. Fələstin 80 ildir ki, fövtə verdiyi imkanlarını axtarır, Osmanlı dövlətinə qarşı qaldırdığı bayrağı ilə bu gün Avropanın, Amerikanın şəhərlərində ədalət axtarır. Bütün dünya, xüsusən də qərblilər göz yaşı axıtsalar da, fələstinlilərdən artıq “fələstinli” olsalar da məsələni onların xeyirinə həll etmək istəmirlər, fələstinlilər üzərindən oyun qurmaq istəyirlər və bir çox hallarda buna nail olurlar. Əcəba, həmişə İsrailin yanında duran, onu dəstəkləyən, ona haqq verən, fələstinliləri terrorçu adlandıran Qərb ölkələri, xüsusən də Avropa dövlətləri bu gün nədən Qəzza ərəblərinin xilasedici mələklərinə dönüblər? Bəli, səbəbsiz, məqsədsiz heç nə olmur. Avropa İttifaqı ABŞ-ı “imana” gətirmək üçün onun kiçik oğluna – İsrailə qarmaq atır, onu soyqırımında ittiham edir, baş naziri həbslə hədələyir. “Qoca qitə” ilə “yeni qitə”nin savaşı məhz

İsrail amilinin üzərindən də aparılır. Yəni, tərəflər bir-birinin “incə yer”ini hədəfə alır, rəqibini onunla hesablaşmağa vadar edir.
Bəs Azərbaycan “Yaxın Şərq projesi”nin harasında dayanır? Ölkəmizin mövqeyi tam olaraq bəllidir, Azərbaycan beynəlxalq sənədlərə istinad edərək Fələstin torpağında İsrail kimi Fələstin dövlətinin də yaradılmasını dəstəkləyir. Təsadüfi deyil ki, bu istəyin inikası, təsdiqi olaraq Bakıda Fələstinin nümayəndəliyi fəaliyyət göstərir. Bu faktı bilməyənlər, siyasi arenada baş verənlərdən bixəbər olanlar indi bizi hədəfə alır, bizi etmədiyimiz işlərə görə günahlandırmağa qalxırlar. Yadınızdadırsa ötən il İstanbulda bir qrup Fələstin təəssübkeşi, daha doğrusu cəhalət ordusu, iqtisadi əlaqələrin nə olduğunu anlamayan cahillər, dünya ticarətini qanmayanlar Azərbaycanı İsrailə yanacaq satmaqda, o yanacaqla işləyən texnikaların fələstinliləri öldürməkdə itiham etmək üçün SOCAR-ın nümayəndəliyi qarşısında aksiya keçirmişdilər. Halbuki, Azərbaycan neftini BTC xətti ilə Türkiyənin Ceyhan limanında xarici şirkətlərə satır, İsrail tanklarına doldurmur. Satılan yanacağın təyinatı da SOCAR-dan asılı deyil. Amma məqsədin Azərbaycanı hədəfə almaq, Türkiyə ilə qardaşlıq bağlarına ziyan vurmaq olduğuna görə, həqiqəti dinləmək istəmədilər, etirazçılar.

Bu gün başqa bir bəhanə tapılıb, guya Avroviziya mahnı yarışmasında İsrailin iştirakına qoyulan vetoya görə Azərbaycan da bu yarışmada iştirak etməyəcəkmiş. Halbuki, belə bir mövqe ümumiyyətlə ortalarda yoxdur. Əvvəlki illərdən fərqli olaraq bu yarışmaya bir o qədər də maraq yoxdur və belə olan halda məsələni siyasiləşdirmək yalnız düşmənlərimizin işi ola bilər.

Başqa bir məsələ, BMT Baş Assambleyasında guya Azərbaycan nümayəndə heyətinin Netanyahuya əl çalması ilə bağlı yalan məlumatlardır. Yenə cahillər, yalançılar meydana atılıb Türkiyə-Azərbaycan münqibətlərinə, qardaşlığına kölgə salmaq istəyirlər. Türkiyədə xalqın İsrailin Qəzzada apardığı əməliyyatlar səbəbindən həssas olduqlarını nəzərə alanlar bizi və qardaş ölkəni çox incə üsullarla bir-birinə düşmən etməyə çalışırlar. Azərbaycan tərəfi məsələyə öz münasibətini bildirib və “fake-news” istehsalçılarını ifşa edib. Türkiyədən də eyni reaksiyanı görmüşük. Qardaş ölkənin Bakıdakı səfirliyi də son dövrlərdə yayılan “fake-news”larla bağlı məsələyə münasibət bildirib. Səfirliyin mətbuat müşaviri Alptekin Cihangir İşbilir deyib ki, Türkiyə-Azərbaycan əlaqələrini pozmağa çalışan daxili və xarici qüvvələrə qarşı mübarizə aparacağıq. Qarşılıqlı danışıqlar aparılmalıdır və bu qüvvələrlə mübarizə aparılmalıdır. Daha da bir-birimizə bağlanmalıyıq. Boşluq buraxmayacağıq ki, araya girən olmasın.

Son vaxtlar Türkiyənin bəzi media orqanlarında Azərbaycanla bağlı yayılan saxta və təhrif olunmuş xəbərlərin kimlər tərəfindən tirajlanması da artıq bəllidir. Bu dezinformasiyanın əsasını ermənilərin qoyduğu sirr olmaqdan çıxıb. ABŞ mərkəzli havadarların bu yalanları yaydıqları ortadadır, məqsəd də məlumdur. Azərbaycan Türkiyə ilə ortaq strategiyalara və yanaşmalara malik olduğu kimi, fərqli düşünmək imkanına da malikdir. Azərbaycan Qəzzaya böyük humanitar yardım göstərən ölkədir. Azərbaycanda Fələstinin nümayəndəliyi var, Prezident İlham Əliyev müxtəlif beynəlxalq tribunalardan Fələstin torpağında iki dövlətin yaranmasının ədalətli olduğunu dəfələrlə bəyan edib.

Türkiyə sosial media hesablarında Azərbaycana qarşı növbəti iftira kampaniyası əlbəttə, hər iki ölkənin düşmənlərinin işidir. Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı zamanı nümayəndə heyətimizin əl çaldığı kadrları Netanyahunun çıxışına calamaqla nəticə əldə etməyə çalışanlar unudurlar ki, bu yalanların ömrü çox qısadır. İki xalqın aydınları, milli mətbuatı “fake-news” xəbərlər yayanları daim hədəfdə saxlayacaq, onların nifaq toxumu əkmələrinə imkan verməyəcəklər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://sia.az
archiveBu xəbər 30 Sentyabr 2025 16:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Fələstin Milli Administrasiyasının üzvlərinə qarşı sanksiyaları genişləndirib

17 Sentyabr 2026 05:29see276

Tramp gələn həftə Körfəz ölkələrinin liderləri ilə görüşəcək

17 Sentyabr 2026 06:43see259

Tanınmış türkiyəli aktyor Münir Canar öldü

17 Sentyabr 2026 12:04see257

Dövlətin ən həssas sərhədi xəritədə deyil

17 Sentyabr 2026 17:32see247

Vərəmin icbari tibbi sığorta hesabına müalicəsi təklif edilib

17 Sentyabr 2026 15:46see226

Yeni BMW hər kilometrə görə 10 avro itirdi: qiyməti niyə kəskin aşağı düşdü

18 Sentyabr 2026 03:24see220

Hokkey üzrə dünya çempionu Hans Tvillinq 98 yaşında vəfat edib

18 Sentyabr 2026 03:33see194

Şoyqu İrəvanı Rusiya biznesini ələ keçirməkdə ittiham edib

17 Sentyabr 2026 15:46see193

Mbappe “Real”ın əfsanələrindən danışdı

18 Sentyabr 2026 02:01see189

Azərbaycanda mənzil almaq niyə əlçatmaz olub? REAL SƏBƏBLƏR

17 Sentyabr 2026 18:10see187

“Bolt” Bakıda keçirilən biznes platformasına tərəfdaşlıq edir AÇIQLAMA VİDEO

17 Sentyabr 2026 20:20see185

Adil Əmrahlı Allahı və peyğəmbəri təhqir etdi VİDEO

17 Sentyabr 2026 18:50see180

Polina Qaqarina ilə Vanya Dmitrienko çəkilişdə mübahisə etdilər

18 Sentyabr 2026 05:27see179

Robert Fitso bu gün Kiyevə gedir

18 Sentyabr 2026 02:04see179

Cennifer Lopez 18 milyon dollarlıq evini nümayiş etdirdi

17 Sentyabr 2026 05:22see177

Barselona Yamala görə dəstək aksiyasından imtina etdi

18 Sentyabr 2026 02:03see173

Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb

18 Sentyabr 2026 03:03see172

Hansı temperaturda çay içmək xərçəng yaradır?

18 Sentyabr 2026 21:35see164

ABŞ Pezeşkianla Əraqçiyə viza verdi

18 Sentyabr 2026 04:09see163

Sinan Akçıl sevgilisi olduğunu açıqladı: “Heç kim tuta bilmir”

18 Sentyabr 2026 01:36see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri