Faktiki hava açıqlandı
Icma.az, Operativ MM portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Milli Hidrometeorologiya Xidmətinin martın 2-si saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisində şaxtalı hava şəraiti müşahidə olunur, yağıntılar səhər saatlarından kəsilib.
Qurumdan "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, yağan qarın hündürlüyü Zaqatalada (Əlibəy) 105, Qaxda (Sarıbaş) 68, Şəki və Qəbələdə 45, Lerikdə 43, Altıağacda 34, Qubada 29, Oğuzda 25, Xaltan və İsmayıllıda 22, Şahdağda 17, Astara və Şahbuzda 15, Ağsu və Daşkəsəndə 14, Balakən və Lənkəranda 12, Xınalıq və Qobustanda 11, Gədəbəydə 8, Kəlbəcər, Laçın və Qubadlıda 7, Şuşa və Qusarda 6, Yardımlıda 5, Göyçayda 4, Xankəndi, Şabran və Tərtərdə 3, Xocalıda 2, Sədərəkdə 1 sm-dir.
Göygöl, Balakən, Şəki, İmişli, Lerikdə duman müşahidə olunub, görünüş məsafəsi 1000 m-dək məhdudlaşıb.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında, eyni zamanda Aran rayonlarında 6, Naxçıvan MR-da 8, dağlıq rayonlarda isə 21 dərəcəyədək şaxta qeydə alınıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 02 Mart 2025 12:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















