Icma.az
close
up
RU
Falçı qapısında yatan qadınlar, məsləhətlə ailə quran kişilər Xəyanətə sürükləyən səbəb

Falçı qapısında yatan qadınlar, məsləhətlə ailə quran kişilər Xəyanətə sürükləyən səbəb

Kulis.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Kulis.az Günel Novruzun "Məhkəmə salonlarında bitən illüziyalar..." yazısını təqdim edir.

Bu yaxınlarda Ulucay Akifin “Boşanmaların əsas səbəbi nədir?” adlı yazısını oxudum. Müəllifin bu mövzuya cavab olaraq əsas arqumenti yanlış seçimlər oldu. Bir çox maraqlı məqamları açıqlasa da, yanlış seçimlərin səbəblərinə daha dərindən toxunmayıb. Bəs niyə kişilər və qadınlar bu qədər yanlış seçimlər edirlər?

Kişilərin səhvləri bəzən daha açıq və güclü şəkildə təzahür edir. Kişilər çox zaman münasibət və sevgi məsələlərində impulsiv qərarlar verir – yəqin ki, hormonal olaraq... Ən sadə halda, cəmiyyət, xüsusən, qadınlar, kişilərdən daim güc və iqtidar gözləyirlər.
Məsələn, bəzi kişilər yalnız fiziki cazibə və ya sosial statusları səbəbindən, ya da bir bibi ya da xala məsləhəti ilə qadınları seçirlər. Lakin bu, çox vaxt yanlış seçimlərə səbəb olur, çünki belə əlaqələr dərin və davamlı olmur. Kişilər çox vaxt öz emosional ehtiyaclarını açıq şəkildə ifadə etməkdə çətinlik çəkirlər. Güclü və əzmkar görünmək istəyərkən, həqiqi hisslərini gizlədirlər və nəticədə özlərinə uyğun olmayan bir həyat yoldaşı seçirlər. Ən çox istədikləri, idealizə edilmiş bir qadındır, amma reallıq bambaşqadır. Kişilər bibi və xala tövsiyəsi ilə ailə qursa da, sonralar emosional ehtiyaclarını ödəmək üçün başqa qadın axtarırlar.

Qadınların yanlış seçimləri isə bəzən cəmiyyətin gözləntiləri ilə sıx bağlıdır.
Cəmiyyət qadınlardan "sevgi" və "ailə" kimi anlayışlara xidmət etmələrini gözləyir. Bu gözləntilər qadınları, bəzən öz hisslərini və ehtiyaclarını kənara qoymağa vadar edir. Cəmiyyət, əsasən də, kişilər, qadınlara ailədə “fədakar qurban” rolunu yükləyir. Onların ailədə hər zaman səbirli, dözümlü olmaqları, fiziki, psixoloji və iqtisadi təzyiqlərə boyun əymələri gözlənilir. Bu isə qadınları çox vaxt öz arzularını və istəklərini ikinci plana atmağa məcbur edir.

Qadınlar bəzən, sadəcə, ana roluna bürünüb, həm özünün, həm də ərinin emosional və fiziki ehtiyaclarını unudur.
Çox vaxt həyat yoldaşına, sadəcə, “dost” və ya “sevgili” olmağın vacibliyini gözardı edirlər.
Sonradan isə evdən uzaqlaşmış həyat yoldaşını geri qaytarmaq ümidiylə ya falçı-baxıcı qapılarında ağac kimi bitirlər, ya da evdə kişinin gününü göy əskiyə bükürlər.
Yaxud da bəzi boşanan qadınlar “mükəmməl” bir kişini tapmaq arzusuyla gözlərini bağlayıb özlərinə uyğun olmayan insanlarla əlaqələr qurur, həyatlarında dəstək və sevgi gözləyir. Amma nəticə "heç nə" olanda və bu ehtiyacları qarşılanmayanda növbəti xəyal qırıqlığı olur. Çox erkən yaşlarda- romantik hisslərə əsaslanıb, “bütün həyatımı bu insana həsr edəcəyəm” fikri ilə qərar verənlər də sonradan səhv etdiklərini başa düşürlər.

Kişilər və qadınlar arasında yanlış seçimlərin səbəbləri çox vaxt oxşar olsa da, cəmiyyətin fərqli gözləntiləri və rol təzyiqləri onların seçimlərinə müxtəlif şəkildə təsir edir. İnsanlar özləri də bəzən yetkin düşüncədən uzaq, idealizə edilmiş münasibətlər və ya şəxslər üzərində qurmağa meyllidir. Onlar sevgi, yaxınlıq və dəstək tapmaq istəyirlər, amma bu istəyin arxasında çox zaman ehtiyaclar, qorxular və gözləntilər durur.

Əlavə olaraq, insanlar bəzən tələskənlik, maddi düşüncələr, ailə təzyiqləri və cəmiyyətdəki stereotiplər kimi amillər səbəbindən yanlış seçimlər edirlər. Psixoloji olaraq yetkinləşməmiş və xaraktercə bir-birinə uyğun olmayan insanlar arasında qurulan ailələrin ömrü çox vaxt ya məhkəmə salonlarında, ya da digər travmatik şəkildə sona çatır.

Yanlış seçimlərin kökündə çox zaman kənar təzyiq, ənənəvi gözləntilər və şəxsi mənəvi-emosional boşluqlar dayanır.
Həm kişilər, həm də qadınlar öz ehtiyaclarını və duyğularını kənara qoyaraq, sosial normalara uyğun hərəkət etməyə çalışırlar. Amma hər iki tərəf də öz içindəki həqiqəti və özünü anlamağa çalışmalıdır.
Romantizmdən daha çox, real, güclü və səmimi əlaqələrə yönəlmək lazımdır. Həm kişilər, həm də qadınlar yalnız özlərini tanıyandan və dərk edəndən sonra, öz ehtiyaclarına və duyğularına uyğun seçimlər etməlidirlər.
Əks halda, bu ölkənin vəkilləri və hakimləri daim boşanma məsələləri ilə məşğul olacaq...

Şapalaq - İsa Muğannanın hekayəsi Yazıçı Mirmehdi Ağaoğlunun imza günü olacaq 16 yaşlı oğlu dənizdə boğulan Nailə Mirməmmədli kimdir?
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:67
embedMənbə:https://kulis.az
archiveBu xəbər 20 İyun 2025 14:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see161

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see161

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see156

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see156

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see150

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see150

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see149

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see149

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see147

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see143

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see139

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see138

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see137

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see133

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see130

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see128

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see124

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri