Icma.az
close
up
RU
Fannie Mae ABŞ da ipoteka faizləri üzrə proqnozunu yüksəltdi

Fannie Mae ABŞ da ipoteka faizləri üzrə proqnozunu yüksəltdi

Banco.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Müəllif  - Eldar Kərimov - Banco.az

ABŞ-da 30 illik ipoteka kreditlərinin orta faiz dərəcəsi 2025-ci ildə 6,8%, 2026-cı ildə isə 6,5% təşkil edəcək. Bu, Fannie Mae ipoteka agentliyinin fevral proqnozunda göstərilib.

Yanvarda agentlik orta faiz dərəcələrinin 2025-ci ildə 6,6%, 2026-cı ildə isə 6,4% olacağını proqnozlaşdırırdı.

Fannie Mae analitikləri bu dəyişikliyi yeni makroiqtisadi məlumatlarla izah edirlər.

"Dördüncü rüb üzrə ÜDM hesabatı, əmək bazarı göstəriciləri və inflyasiya indeksləri daxil olmaqla, son iqtisadi məlumatlar 2025-ci ilin əvvəlində güclü iqtisadi dinamikanı göstərir", – deyə ekspertlər bildirirlər.

Bundan əlavə, yeni proqnoz artıq tətbiq edilmiş Çin mallarına 10%-lik idxal rüsumlarını nəzərə alır. Bu rüsumlar səbəbindən 2024-cü il üçün illik inflyasiya proqnozu (CPI) 2,8%-ə, baza inflyasiya göstəricisi (Core CPI) isə 2,9%-ə qaldırılıb. Əvvəlki proqnoz hər iki göstərici üçün 2,5% səviyyəsində idi. 2026-cı ildə isə CPI 2,5%, Core CPI isə 2,3% artacaq.

"Ticarət tariflərinin ipoteka faizlərinə xalis təsiri hələlik qeyri-müəyyəndir və onların həm artımına, həm də azalmağına dair ssenarilər mövcuddur", – deyə analitiklər qeyd edirlər.

Fannie Mae 2025-ci ildə ev satışlarının 3,2%, 2026-cı ildə isə 6,1% artacağını proqnozlaşdırır. İkinci dərəcəli mənzil bazarında satışlar 2025-ci ildə 2,9%, 2026-cı ildə isə 6,7% artacaq. Yeni tikililərin sayı isə 2025-ci ildə 1,7% azalacaq, lakin 2026-cı ildə 3% artacaq.

Ev qiymətləri isə 2025-ci ildə 3,5%, 2026-cı ildə isə 1,7% bahalaşacaq, – deyə Fannie Mae proqnozlaşdırır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:224
embedMənbə:https://banco.az
archiveBu xəbər 20 Fevral 2025 22:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri