Icma.az
close
up
RU
“Fantasik” cərimələr: Nəyə lazımdır?

“Fantasik” cərimələr: Nəyə lazımdır?

Icma.az, Turkstan.az portalına istinadən məlumatı açıqlayır.

Son dövrlər cərimələrin tətbiqi ilə bağlı diqqət çəkən məqamlardan biri də fərqli xarakter daşıyan hallara eyni yanaşmanın göstərilməsidir.

Belə ki, bəzi hallarda şəxsin səhlənkarlığı, diqqətsizliyi və ya təsadüf nəticəsində baş verən hal ilə qəsdən törədilən hərəkət arasında ciddi fərq qoyulmadığı görünür.

Bu isə tətbiq olunan cərimələrin nə dərəcədə ədalətli olması ilə bağlı suallar yaradır. Məsələn, hərbi biletin itirilməsi ilə onun qəsdən korlanması eyni inzibati məsuliyyət çərçivəsində qiymətləndirilir.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin məlumatına görə, hərbi vəzifəlilər və çağırışçılar hərbi biletin və ya ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin qəsdən korlanılmasına və ya itirilməsinə görə İnzibati Xətalar Məcəlləsinin 607-ci maddəsinə əsasən xəbərdarlıq edilir və ya 200 manat məbləğində cərimələnirlər.

Halbuki sənədin qəsdən yararsız vəziyyətə salınması ilə onun itirilməsi eyni hal deyil. Birinci halda şəxsin konkret niyyəti və hərəkəti var, ikinci halda isə sənədin itirilməsi heç bir qəsd olmadan, tamamilə təsadüfi səbəbdən baş verə bilər. Bu baxımdan hər iki vəziyyətə eyni məsuliyyət mexanizminin tətbiq edilməsi cərimənin məqsədi və obyektivliyi barədə müzakirələrə səbəb olur.

Çünki cərimənin əsas məqsədi yalnız vətəndaşı cəzalandırmaq deyil, eyni zamanda onu müəyyən qaydalara əməl etməyə təşviq etməkdir. Lakin qəsdən törədilən əməl ilə təsadüfi hadisənin eyni formada cəzalandırılması vətəndaşlar arasında haqlı suallar yaradır.

“Cebheinfo.az”-a açıqlamasında AĞ Partiyanın başqanı Tural Abbaslı bildirib ki, qanunvericilik daim dəyişən və cəmiyyətin inkişafına uyğunlaşan bir sistemdir:

“Yüz il əvvəl qəbul olunmuş qanunlarla bu günün ictimai, siyasi və iqtisadi reallıqlarını tənzimləmək mümkün deyil. Məhz buna görə də demokratik ölkələrdə parlamentlər fəaliyyət göstərir və onların əsas vəzifələrindən biri qanunvericiliyi dövrün tələblərinə uyğun yeniləməkdir.

Təəssüf ki, Azərbaycanda cərimə mexanizmləri ilə bağlı narazılıqların əsas səbəblərindən biri cərimələrin məqsədindən uzaqlaşmasıdır. Cərimənin əsas məqsədi insanları mümkün hüquq pozuntularından çəkindirmək, səhlənkarlığın və inzibati xətaların qarşısını almaq olmalıdır.

Yəni vətəndaş bilməlidir ki, müəyyən qaydanı pozarsa, bunun qarşılığında konkret məsuliyyət daşıyacaq. Amma son dövrlərdə qəbul edilən bəzi qərar və qanunlarda sanki əsas məqsədin cərimə tətbiq etmək və büdcəyə daha çox vəsait toplamaq olduğu təəssüratı yaranır. Əgər məqsəd neqativ halların qarşısını almaq olsaydı, o zaman cərimələr adekvat və müxtəlif kateqoriyalara uyğun müəyyən edilərdi.

Məsələn, sənədin itirilməsi, məhv edilməsi və ya gizlədilməsi arasında fərq qoyular, hər biri üçün ayrı cərimələr nəzərdə tutulardı. Cinayət qanunvericiliyində də belə fərqlər var. Eəlcə də bilərəkdən adam öldürmə ilə ehtiyatszlıqdan adam öldürmə arasında fərq qoyulur. Amma tətbiq edilən cərimələrdə belə fərqləndirmə yoxdur”.

Onun sözlərinə görə, burada yanaşma hamının cərimə ödəməsi üzərində qurulub:

“Ümumiyyətlə, növündən asılı olmayaraq sənədi – şəxsiyyət vəsiqəsini, diplomu, hərbi bileti və digər sənədləri itirdiyinə görə vətəndaş niyə cərimələnməlidir?

Vətəndaş sadəcə aidiyyəti quruma məlumat verməlidir ki, sənədi itirib və həmin sənəd minimal rüsumla yenidən verilməlidir. Bilməyərəkdən baş verən itkiyə görə niyə cərimə tətbiq olunmalıdır? Tətbiq edilən yanaşma göstərir ki, məqsəd birbaşa cərimələməkdir. Ona görə də fərq qoyulmur və yüksək məbləğdə cərimələr müəyyən olunur”.

O qeyd edib ki, digər nüans isə parlamentin effektiv işləməməsidir:

“Hərbi biletin qəsdən korlanılmasına və ya itirilməsi fərqli kateqoriyadır. Fərqli vəziyyətlərə görə eyni cərimənin tətbiq edilməsi narazılıq yarada bilər. Narazılıqları mediada görən millət vəkilləri bu məsələni Milli Məclisdə qaldırmalıdırlar.

Qanunvericilikdə belə bir ədalətsizlik varsa, deputat öz təklifini verməlidir.Təklif olunan dəyişiklik əvvəlcə komitə iclasında müzakirə edilməli, sonra plenar iclasda məsələ qaldırılmalı və səsvermə yolu ilə həmin ədalətsizlik aradan qaldırılmalıdır.

Təəssüflə qeyd etməliyəm ki, bizdə parlament daha çox qurumlardan gələn təkliflərin və qanun layihələrinin təsdiq edilməsi ilə məşğul olur. Yeni proseslərə aid yanaşmalar, fərqli təşəbbüslər kifayət qədər görünmür. Deputatlar özlərini qanunvericilik prosesinin fəal tərkib hissəsi kimi görməlidirlər.

Halbuki parlamentin əsas işi qanun qəbul etmək və qanunların müzakirəsini təşkil etməkdir. Elə sənədlərin itirilməsinə görə tətbiq edilən cərimələr məsələsində də parlament öz mövqeyini ortaya qoymalıdır. Hərbi biletin qəsdən korlanılmasına və ya itirilməsi görə eyni cərimələrin tətbiq edilməsinin iki əsas səbəbi görünür.

Birincisi, məqsədin cərimənin özünə çevrilməsi, yəni büdcəyə mümkün qədər çox vəsait daxil etmək yanaşmasıdır. İkincisi isə qanunverici orqanda təmsil olunan millət vəkillərinin öz işlərinin mahiyyətini və fəlsəfəsini düzgün anlamaması və bunun öhdəsindən tam gəlməməsidir”.

Hərbi ekspert Üzeyir Cəfərov isə bildirib ki, son dövrlər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tətbiq etdiyi metodları müsbət qiymətləndirirəm:

“Bu yanaşmada əsas məqsəd hərbçilərin üzərinə düşən məsuliyyəti daha da artırmaqdır. Hərbçiyə həvalə olunmuş sənəd göz bəbəyi kimi qorunmalıdır. Çünki bu sənəd hərbçinin şəxsiyyətini təsdiq edən mühüm sənəddir. Sənədin qorunması hərbçinin birbaşa borcudur.

Hərbçi həmin sənədi şəxsi pulundan belə daha çox qorumalıdır. Çünki onu bilərəkdən və ya bilməyərəkdən itirmək məsuliyyətsizliyə yol verilməsi deməkdir.

Hərbi sənəd adi bir kağız deyil. Hərbçinin şəxsi məlumatlarını, hərbi statusunu və onunla bağlı mühüm məlumatları özündə əks etdirən sənəddir. Bu səbəbdən həmin sənədin başqa şəxslərin əlinə keçməsi müəyyən risklər yarada bilər.

Sənədi tapan şəxs ondan müxtəlif məqsədlər üçün istifadə etməyə cəhd göstərə bilər. Hesab edirəm ki, belə sənədlərin qorunmasına münasibət ciddi olmalıdır.

Tətbiq edilən məsuliyyətin məqsədi də hərbçini cəzalandırmaqdan daha çox, onda məsuliyyət hissini gücləndirməkdir. Hər bir hərbçi bilməlidir ki, ona etibar edilərək verilən sənədin qorunması onun şəxsi məsuliyyətidir”.

O qeyd edib ki, gələcəkdə cərimələrin məbləği və tətbiq mexanizmi məsələsində müəyyən dəyişikliklər edilə bilər:

“Çünki cərimənin məbləği məsuliyyəti daha da artıra bilər. Lakin burada əsas məsələ cərimənin özü deyil. Əsas məqsəd hərbçinin sənədini itirməməsi, onu diqqətlə saxlaması və belə bir sənədin əhəmiyyətini dərk etməsidir.

Hərbi xidmət yalnız silah və hərbi hazırlıqla məhdudlaşmır. Hərbçiyə verilən sənəd, əmlak və digər vasitələrə münasibət də onun xidmətə yanaşmasının göstəricisidir. Bu baxımdan məsuliyyətin artırılması hərbi intizamın möhkəmləndirilməsinə xidmət edə bilər”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 20 Avqust 2026 17:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şimali Makedoniyada Qərbi Nil virusundan 4 nəfər ölüb

19 Avqust 2026 01:53see380

İranın, ABŞ və İngiltərənin hərbi obyektlərini hədəf alması real görünür Şərh

19 Avqust 2026 16:56see335

Çində 5,9 bal gücündə zəlzələ baş verib

19 Avqust 2026 02:23see334

Müşfiq Ələsgərli: “Azərbaycanın geosiyasi əhəmiyyətinin artması Rusiyadakı mərkəzləri narahat edir”

19 Avqust 2026 01:51see307

Azərbaycan əleyhinə danışan şəxs Rusiyada vəzifədən qovuldu

19 Avqust 2026 03:06see303

Mustafa Abbasbəyli nazirlikdə yeni vəzifəyə TƏYİN EDİLDİ

19 Avqust 2026 01:35see281

Xaricdə həyat qurmaq üçün ən yaxşı 10 ölkə Siyahı açıqlandı gecə

19 Avqust 2026 05:06see245

İnstagram da 1,4 milyon izləyicisi olan azərbaycanlı qız (VİDEO)

19 Avqust 2026 04:49see242

Cəmi iki dəqiqəyə əmanət təminatlı kredit!

19 Avqust 2026 10:01see236

Venesuelanın gündəlik neft hasilatının təxminən yarısının ABŞ yə ixrac edildiyi açıqlanıb

19 Avqust 2026 04:53see219

FFF İnfantinoya “yox” deyəcək

19 Avqust 2026 00:26see207

Rusiyada DƏHŞƏT: Ayı turist qızı çadırdan çıxarıb meşəyə apardı FOTO

19 Avqust 2026 09:57see185

Tramp İranla Hörmüz boğazı üzrə hazırlanan razılaşmaya görə Omana hədə qorxu gəlib

19 Avqust 2026 02:34see181

Çətin anda uzanan yardım əli...

19 Avqust 2026 10:05see176

17 il sonra ekranlara qayıdır Rekord qonorar alacaq

19 Avqust 2026 06:20see175

Evdən çıxmadan çekap müayinəsi nə dərəcədə etibarlıdır? Həkim AÇIQLADI

19 Avqust 2026 20:00see170

2027 ci ildə həyatını dəyişəcək və qəfil varlanacaq bürclər

19 Avqust 2026 00:02see162

Sabah la Bakıdakı matçda yaxşı oyun göstərmək istəyirik

20 Avqust 2026 01:46see161

Əlbəttə, pley off mərhələsi xüsusi həyəcan doğurur Valdas Dambrauskas

19 Avqust 2026 01:26see157

Türkiyədə keçmiş nazirin məzarı açılacaq ŞÜBHƏLİ ÖLÜM

19 Avqust 2026 02:05see154
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri