Icma.az
close
up
RU
Fantastik qiymətə satılan meyvələr: Ekspert elə şeylər dedi ki...

Fantastik qiymətə satılan meyvələr: Ekspert elə şeylər dedi ki...

Icma.az bildirir, Olke.az saytına əsaslanaraq.

Yaz mövsümünün gəlməsi ilə alça və çiyələk artıq bazarlarda öz yerlərini alıb. Hazırda çiyələyin bir kiloqramı 5-8 manata, alçanın kilosu isə 80-100 manat və daha yuxarı qiymətə satılır.
Hər il bu mövsümdə baha və “fantastik” adlandırılacaq qiymətə satılan bu meyvələr barədə mütəxəssislər mütəmadi olaraq həyəcan təbili çalır.

Qida mütəxəssisi İlkin Şirinov Ölkə.Az-a açıqlamasında bu meyvələrin ziyanlarından danışıb:

“Biz hər dəfə mövsümündən əvvəl satışa çıxarılan meyvə-tərəvəzlərin insan sağlamlığı üçün fəsadlarından danışırıq, amma təəssüf ki, bu, yalnız söz olaraq qalır. Bu gün artıq yaz mövsümüdür. Yaz güllərin, ağacların yarpaqlarının, çiçəklərinin yeni açdığı bir mövsümdür, meyvə-tərəvəzin yetişmə dövrü deyil. Alça ağacının təzə çiçək açmasına, çiyələk kolunun yeni yarpaqlamasına baxmayaraq artıq satışda hər iki meyvə var. Hətta bu azmış kimi, bu meyvələr həcmindən və normasından çox böyükdür. Təbii ki, bu meyvələrin normadan böyük olması hormonal dəyişikliyindən xəbər verir və sağlamlıq üçün hansı fəsadlar yaradacağını da bilmirik”. 

İ.Şirinov əhaliyə hazırda bazarlarda satılan bəzi meyvələri yeməməyi məsləhət görüb. O, həmçinin azyaşlı uşaqlarla bağlı da valideynlərə xəbərdarlıq edib:

“Mən buradan müştərilərə səslənirəm: Məhsulun xarab olan hissəsi varsa, yeyərkən xüsusi qoxu və qeyri-adi dad hiss olunarsa, uzaq dursunlar.

Bu məhsulun onların sağlamlığında yaradacağı fəsadlardan heç kim sığortalanmayıb. Digər tərəfdən bu cür məhsullar müxtəlif maşınların yük yerlərində, insanların sıx toplaşdığı ərazilərdə, toz-torpağın içərisində, küçədə, bazarların qarşısında satılır və insanlar da natəmizliyin fərqinə varmadan alırlar. Bunu da başa düşdüm, amma məhsulu alanda yanlarında olan körpə uşağa yuyulmadan yedirmək onun sağlamlığını birbaşa risk altına atmaqdır. Bu, yolverilməzdir. Öz sağlamlıqlarıının qeydinə qalmırlarsa, heç olmasa nəzərə alsınlar ki, uşaqlar yaz-yay aylarında allergiyaya meyilli olurlar. Müxtəlif məhsullardan istifadə edəndə onlarda allergik səpgilər müşahidə olunur. Heç olmasa, uşaqların sağlamlıqlarını riskə atıb meyvələri onlara bu vəziyyətdə verməyin. 

Dəfələrlə GMO-dan (geni modifikasiya olunmuş), hormonal dəyişikliklərdən danışırıq. Təbii ki, istixanalarda o meyvə-tərəvəzə necə qulluq olunur biz bilmirik. 

Çiyələyin normal ölçüsü var. 5-10 dənə çiyələk yarım kilo gələ bilməz. Təbii ki, bu zaman meyvənin tərkibində hormonal dəyişikliklərdən söhbət gedir. Hər bir meyvə-tərəvəz öz mövsümündə yeyilməlidir”, - deyə o əlavə edib.

Qeyd edək ki, GMO  genetikasına laboratoriya şəraitində müdaxilə edilmiş bitki, heyvan və mikroorqanizmlərdir. Bu dəyişikliklər əsasən məhsuldarlığı artırmaq, zərərvericilərə və xəstəliklərə qarşı dayanıqlılığı yüksəltmək üçün edilir.

GMO-nun insan sağlamlığı və ətraf mühitə təsiri ilə bağlı elmi müzakirələr hələ də davam edir. Lakin GMO-lu qidaların bəzi insanlarda allergik təsir göstərə biləcəyi, GMO-ların bəzi növlərində antibiotiklərə qarşı müqavimət yaranmasına səbəb ola biləcək genlərin olduğu bildirilir.

GMO qidaların zərərli olub-olmaması elmi cəhətdən hələ də mübahisəlidir. Bir çox ölkə bu məhsulları ciddi nəzarət altında saxlayır.

Billurə Yunus

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:248
embedMənbə:https://olke.az
archiveBu xəbər 09 Aprel 2025 15:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see425

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see355

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see330

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see287

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see284

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see270

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see253

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see245

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see236

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see235

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see231

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see224

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see224

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

31 Oktyabr 2026 22:39see224

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see216

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see213

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see210

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see200

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see196

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri