Icma.az
close
up
RU
Fariz Rzayev Mərakeşdə enerji və təhlükəsizlik mövzularında çıxış edib

Fariz Rzayev Mərakeşdə enerji və təhlükəsizlik mövzularında çıxış edib

Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

26-29 noyabr tarixlərində Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Fariz Rzayev Mərakeş Krallığında səfərdə olub.

Xarici İşlər Nazirliyindən Sherg.az-a verilən məlumata görə, 26 noyabr tarixində nazir müavini Kasablanka şəhərində yerləşən, ölkənin aparıcı ali təhsil ocaqlarından olan II Həsən Universitetinin müəllim-tələbə heyəti qarşısında “Azərbaycanın xarici və təhlükəsizlik siyasəti” mövzusunda məruzə ilə çıxış edib.

F.Rzayev məruzəsində Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra yürütdüyü fəal xarici siyasət kursu, ikitərəfli əlaqələri və beynəlxalq təşkilatlar çərçivəsindəki təşəbbüslərinə dair məlumat verib. Növbəti il ölkəmizin Ümumdünya Şəhərsalma Forumu və İslam Əməkdaşlıq Təşkilatının Zirvə toplantısı kimi mötəbər tədbirlərə ev sahibliyi edəcəyi qeyd olunub. Bununla yanaşı, Azərbaycanla Mərakeş arasında ikitərəfli münasibətlər və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, eləcə də regionda baş verən son proseslərlə bağlı ünvanlanmış suallar cavablandırılıb.

Nazir müavini səfər çərçivəsində daha sonra Tanjer şəhərində Mərakeş Kralının himayəsi altında keçirilən 17-ci Beynəlxalq MEDays Forumunda iştirak edib.

Foruma 120 ölkədən 7 minə yaxın nümayəndə qatılıb. Forumun qlobal enerji gündəliyi mövzusuna həsr olunmuş panel sessiyasında çıxış edən F.Rzayev ölkəmizin enerji siyasətinə dair məlumat verib, Azərbaycanın etibarlı tərəfdaş kimi regional və qlobal enerji təhlükəsizliyinə vacib töhfə verdiyini qeyd edib. Çıxışda həmçinin, alternativ enerji mənbələrindən istifadə sahəsindəki əldə edilmiş nailiyyətlərə də yer verilib.

29 noyabr tarixində münaqişələrlə bağlı mövzuya həsr olunmuş panel sessiyasında çıxışında nazir müavini münaqişələrin həlli və dövlətlərarası münasibətlərdə beynəlxalq hüququn norma və prinsiplərinə hörmət edilməsinin vacibliyinə toxunub. Həmçinin, ölkəmizin suverenliyi və ərazi bütövlüyünün bərpası, cari ilin avqustunda Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanmasına dair məlumat verən F.Rzayev regionda davamlı sülh və əməkdaşlıq üçün yeni imkanların yarandığını vurğulayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:60
embedMənbə:https://sherg.az
archiveBu xəbər 30 Noyabr 2025 00:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see268

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see229

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see199

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see175

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see168

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see157

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see152

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see148

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see146

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see138

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see137

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see131

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see129

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see129

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see129

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri