Icma.az
close
up
RU
FCSB nin baş məşqçisi: Heyəti klubun sahibi də açıqlaya bilər

FCSB nin baş məşqçisi: Heyəti klubun sahibi də açıqlaya bilər

Icma.az, Teleqraf.com portalına istinadən məlumatı açıqlayır.

“Azərbaycan klubunda əhəmiyyətli şəxs (Abdulbari Gözəl - red.) dünyasını dəyişib, başsağlığı verirəm".

Teleqraf.com xəbər verir ki, bu sözləri Rumıniyanın FCSB klubunun baş məşqçisi Elias Xaralambus "Qarabağ"la UEFA Avropa Liqasının Liqa mərhələsinin VII turun oyunu öncəsi Tofiq Bəhramov adına Respublika stadionunda keçirdiyi mətbuat konfransında deyib.

44 yaşlı mütəxəssis çox güclü komandaya qarşı mübarizə aparacaqlarını söyləyib: "Rəqibin nailiyyətləri çoxdur və Avropada öz sözünü demiş komandadır. Bizi çətin və maraqlı oyun gözləyir. "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov uzun müddətdir bu postdadır. Çox peşəkar komanda formalaşdırıb".

O, komandasının durumunu da müsbət dəyərləndirib: "Əsas sabahki oyuna diqqətimizi yönəlmişik. Statistikalarda komandaların qapıya vurduğu zərbələrə baxsaq, çox yaxşı vəziyyətdəyik. İnanıram ki, komamdam tapşırıqları sabah düzgün yerinə yetirəcək. Bu oyun bizim üçün çox vacibdir. Amma ehtiyatı əldən verməməliyik. Bəzən cədvəldə hanslsa klubun xalının az olması bizi çaşdırmamalıdlr. Bundan sonraki oyunlarımız var, ona görə ciddi yanaşmalıyıq".

Xaralambusun sözlərinə görə, Olavio Juninyonun "Qarabağ"dan gedişi FCSB üçün üstünlük sayılmayacaq: "Bu, nə bizə, nə də “Qarabağ”a təsir edəcək. Alternativləri var. Bizim də kapitanımız iştirak etməyəcək. Biz də öz növbəmizdə alternativlər düşünmüşük".

Bakıya itkilərlə gəldiklərini xatırladan baş məşqçi start heyəti özünün yox, klubun sahibi Cici Bekalinin açıqlamasına isə belə münasibət bildirib: "İştirak ərizəsini hər kəs açıqlaya bilər. Klub prezidentimiz Cici Bekali də, mən də. Hər kəsin fərqli yanaşmalar ola bilər. Bu bizim sabahki oyunumuza heç bir təsir etməyəcək. Ümid edirəm ki, sabahki oyunda sarı vərəqələr olmaz. Açığı baxmamışam ki, kimlərin sarı vərəqə limiti var, vəziyyət necədir. FCSB böyük klubdur, burda işləməkdən məmnunam. Qismət olsa uzun müddət burada işləmək istəyərəm. Əsas komandanın bir çox üzvü zədəlidir. Heyətimiz genişdir, hər kəs oynamaq istəyir. Digər oyunçulara da şans verəcəyik. Çalışacağıq ki, bu oyunçuların yoxluğu hiss olunmasın".

Qeyd edək ki, yanvarın 23-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - FCSB oyunu saat 21:45-də başlanacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:194
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 22 Yanvar 2025 18:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see484

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see372

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see326

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see307

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see293

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see270

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see261

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see251

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see241

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see235

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see231

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see227

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see222

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see215

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see213

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see206

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see203

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see200

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see186

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri