Icma.az
close
up
RU
Fələstin Səfirliyi təcili beynəlxalq müdaxiləyə çağırır: “Bizə əməli addımlar lazımdır!”

Fələstin Səfirliyi təcili beynəlxalq müdaxiləyə çağırır: “Bizə əməli addımlar lazımdır!”

Azpolitika.az saytına istinadən Icma.az xəbər verir.

"Fələstin Dövlətinin Azərbaycandakı Səfirliyi İsrailin davam edən cinayətləri və genişmiqyaslı dağıntılar fonunda Qəzza zolağında yaşayan iki milyondan artıq fələstinlinin fəlakətli və getdikcə pisləşən həyat şəraitini böyük narahatlıqla izləyir. Bu, martın 2-dən etibarən sərhəd keçidlərinin tam bağlanması və Qəzza sərhədində toplanmış humanitar yardımların çatdırılmasının qarşısının alınması ilə müdafiəsiz mülki əhalinin qida, su və dərman vasitələrindən sistemli şəkildə məhrum edilməsi siyasətinin fonunda baş verir".

“AzPolitika” xəbər verir ki, bu, Fələstin Dövlətinin Azərbaycandakı Səfirliyinin yaydığı məlumatdandır.

Səfirlik humanitar yardımın dərhal daxil olmasına dair İsrailin beynəlxalq ictimaiyyətin və BMT-nin çağırışlarına davamlı məhəl qoymamasını qətiyyətlə pisləyir və bu siyasəti ciddi beynəlxalq addımlar tələb edən tammiqyaslı bir cinayət kimi qiymətləndirir. Səfirlik beynəlxalq çağırışların real addımlar və İsrailə qarşı ciddi təzyiqlərlə müşayiət olunmalı olduğunu bildirir.

Məlumatda aclıqdan mülki əhaliyə qarşı bir silah kimi istifadə edilməsinə son qoyulması və İsrailin beynəlxalq hüquq, Cenevrə Konvensiyaları və Beynəlxalq Ədalət Məhkəməsinin qərarları çərçivəsində işğalçı dövlət kimi öz hüquqi öhdəliklərinə əməl etməsi, o cümlədən humanitar təşkilatların fəaliyyətinə şərait yaratması vurğulanır.

Səfirlik bildirir ki, dərhal atəşkəsin əldə olunması və soyqırımın bütün formalarının dayandırılması fələstinli mülki əhaliyə humanitar yardımın davamlı və təhlükəsiz şəkildə çatdırılmasının yeganə yoludur: "Fələstin xalqının çəkdiyi iztirablara vaxtında və effektiv müdaxilə etmədiyinə görə beynəlxalq ictimaiyyət həm mənəvi, həm də hüquqi baxımdan məsuliyyət daşıyır".

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:272
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 30 Aprel 2025 19:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see732

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see276

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see272

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see261

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see253

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see242

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see238

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see234

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see231

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see215

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see209

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see203

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see197

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see197

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see191

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see189

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see183

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see182

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see180

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri