Icma.az
close
up
RU
Fələstini kimlər tanıyır?

Fələstini kimlər tanıyır?

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Britaniya gələn həftə BMT Baş Assambleyasının iclasından əvvəl Fələstini dövlət kimi tanıdığını elan etməyi planlaşdırır.

Modern.az xəbər verir ki, Fransa, Kanada, Avstraliya, Belçika və Malta da eyni addımı ata biləcək ölkələr sırasındadır.

Fransa və Britaniyanın qərarı qətiləşərsə, Fələstin BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən dördünün dəstəyini qazanacaq. Qeyd edək ki, Çin və Rusiya artıq 1988-ci ildən Fələstini tanıyıb. Beləliklə, ABŞ bu məsələdə tək qalan yeganə daimi üzv olacaq.

Hazırda Fələstin dünyada 140-dan çox ölkə tərəfindən tanınır. Buraya Azərbaycan, Türkiyə, Səudiyyə Ərəbistanı, İran, Pakistan, Hindistan, İndoneziya, Malayziya və digər İslam Əməkdaşlıq Təşkilatı (İƏT) üzvləri, Afrikanın demək olar ki, bütün ölkələri, Latın Amerikasından Braziliya, Argentina, Çili, Meksika, Venesuela, Kolumbiya daxil olmaqla regionun böyük hissəsi, Avropadan İsveç, Norveç, İspaniya, İrlandiya və Şərqi Avropanın əksər dövlətləri (Polşa, Macarıstan, Çexiya istisna olmaqla).

Fələstin BMT-də daimi müşahidəçi dövlət statusuna malikdir və bu, ona BMT iclaslarında iştirak imkanı yaradır, lakin səsvermə hüququ vermir.

Fələstinin tanınması əsasən simvolik addımdır. Bu, ərazidəki vəziyyəti dəyişməsə də, ciddi siyasi və mənəvi mesaj verir. Birləşmiş Krallığın keçmiş xarici işlər naziri Devid Lammi iyul ayında BMT-dəki çıxışında bildirib ki, “Britaniya iki dövlətli həll yolunu dəstəkləməkdə xüsusi tarixi məsuliyyət daşıyır”.

İki dövlətli həll konsepsiyası Fələstin dövlətinin Qərbi Şəriə və Qəzza zolağında, 1967-ci il sərhədlərinə əsasən yaradılmasını və paytaxtının Şərqi Qüds olmasını nəzərdə tutur. Lakin son illərdə bu plan dalana dirənib, İsrailin Qərbi Şəriədəki yaşayış məntəqələri isə prosesi faktiki olaraq dayandırıb.

İsrail Baş naziri Benyamin Netanyahu tanınma qərarlarını kəskin tənqid edərək bildirib ki, belə addımlar “HƏMAS-ın vəhşiliyini mükafatlandırır”. ABŞ da Böyük Britaniya və Fransanın planlarına qarşı çıxır və bunun danışıqları daha da çətinləşdirəcəyini hesab edir.

Elnur Əmirov 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:192
embedMənbə:https://modern.az
archiveBu xəbər 20 Sentyabr 2025 21:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1213

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see490

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see380

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see378

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see372

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see330

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see313

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see275

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see209

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see209

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see206

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see200

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see196

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

05 Oktyabr 2026 20:39see191

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see184

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see182

Yamal Golden Boy 2026 namizədləri arasında yoxdur

06 Oktyabr 2026 02:14see164

Rusiyada ölümcül epidemiya: Vəziyyət nə yerdədir?

06 Oktyabr 2026 01:50see157

“Bu, ciddi bir xəstəlikdir...”

05 Oktyabr 2026 18:07see157

Naxçıvanda 400 dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib

05 Oktyabr 2026 21:37see157
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri