“Fənərbağça” ulduz futbolçu ilə yollar birdəfəlik ayrır
Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Türkiyənin “Fənərbağça” futbol klubu son iki mövsümdə üzləşdiyi zədələr və performans düşüklüyü səbəbindən ümidləri doğrulda bilməyən Çağlar Söyüncü ilə yollarını ayırmaq qərarına gəlib.
İdman.Biz xəbər verir ki, böyük ümidlərlə heyətə qatılan stoper üst-üstə zədələr üzündən stabil forma şansı tapa bilməyib. Kritik dönəmlərdə yaşıl meydanlardan uzaq qalması, müdafiə xəttində yaranan rotasiya sıxıntıları və oyunçunun davamlılıq göstərə bilməməsi məşqçilər korpusu ilə rəhbərliyin bu addımı atmasına səbəb olub.
“Sarı-lacivərdli” rəhbərlik yay transfer pəncərəsində Çağlar Söyüncü üçün gələcək təklifləri dəyərləndirəcək və onun gedişinə icazə verəcək.
29 yaşlı müdafiəçi bu mövsüm 14 matçda forma geyinərkən, son iki mövsümdə yaşadığı səkkiz fərqli zədə səbəbindən ümumilikdə 30 qarşılaşmanı buraxmalı olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:158
Bu xəbər 27 Mart 2026 16:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















