Icma.az
close
up
RU
Fənərbaxça Avropa macərasını qələbə ilə başa vurdu

Fənərbaxça Avropa macərasını qələbə ilə başa vurdu

Icma.az, Footbal-plus saytına istinadən bildirir.

Dünən Türkiyənin avrokuboklardakı digər təmsilçiləri də pley-offun cavab matçına çıxdılar.

"Football-plus.az" xəbər verir ki, Avropa Liqasında çıxış edən ''Fənərbaxça'' ''Nottingem Forest''lə dueldə evdəki 0:3 hesablı məğlubiyyətdən sonra İngiltərəyə ümidsiz yollanmışdı. Hərçənd komanda kifayət qədər yaxşı performans sərgilədi və hətta bir müddət intirqanı bərpa da etdi.
Kərəm Aktürkoğlunun biri penaltidən olmaqla ilk 48 dəqiqədə vurduğu iki qol komandanı ümidləndirdi. Amma ümumi hesabı bərabərləşdirmək mümkün olmadı. Bu azmış kimi Hadson-Odoi 68-ci dəqiqədə qollardan birinin əvəzini çıxaraq ''Fənər''in işini çətinləşdirdi. Oyunda başqa qol olmadı və 2:1 hesablı qələbəyə rəğmən İstanbul nəhəngi üçün bu mövsüm avrokubok macərası başa çatdı.
''Fənərbaxça'' XXI əsrdə ilk dəfə, tarixində isə cəmi ikinci dəfə səfərdə İngiltərə klubunu məğlub etdi. Kərəm Aktürkoğlu isə avrokuboklarda bu mövsüm 6 qol həddinə çatmaqla şəxsi rekordunu yenilədi. O, ''sarı-lacivərdlilər''in heyətində bir mövsümdə avrokuboklarda ən çox qol vuran 3 yerli futbolçudan birinə çevrildi.
Daha öncə İrfan Can Kahveci (2023/24) və Tuncay Şanlı (2006/07) da 6 qol həddinə çatmışdı. Konfrans Liqasında mübarizə aparan ''Samsunspor'' isə gözlənildiyi kimi ciddi problem yaşamadan adını 1/8 finala yazdırdı. Səfərdə ''Şkendiya'' üzərində minimal hesablı qələbədən sonra Samsun təmsilçisi evdə Şimali Makedoniya klubuna 4 cavabsız qol vuraraq avrokuboklarda tarixinin ən böyükhesablı qələbəsini qazandı. ''Samsunspor'' avrokuboklarda 20-ci oyunda 11-ci qələbəsini (2 heç-heçə, 7 məğlubiyyət).
Maraqlıdı ki, ''Samsunspor'' avrokuboklarda ən azı 10 oyuna çıxan Türkiyə təmsilçiləri arasında ən yüksək (55) qələbə faizinə malik olan kollektivdi.
''Ağ-qırmızılar'' növbəti mərhələdə ya Arda Turanın çalışdırdığı ''Şaxtyor'', ya da İspaniya təmsilçisi ''Rayo Valyekano'' ilə qarşılaşacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 28 Fevral 2026 16:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see368

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see270

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see255

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see244

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see240

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see237

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see233

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see230

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see226

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see219

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see208

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see198

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see195

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see193

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see193

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see193

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see192

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see180

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see180

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri