Icma.az
close
up
RU
Fərhad Məmmədov: “İran yenə özünün əsl simasını göstərdi”

Fərhad Məmmədov: “İran yenə özünün əsl simasını göstərdi”

Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq.

İran Zəngəzur dəhlizi layihəsinin həyata keçirilməsi ilə bağlı mövqeyini dəfələrlə ifadə edib və bu mövqe Tehranın milli təhlükəsizliyi ilə bağlı ciddi narahatlıqlara əsaslanır. İran hökuməti prezident Məsud Pezeşkianın rəhbərliyi ilə neytral mövqe nümayiş etdirməyə və regionda mehriban qonşuluq münasibətlərinin qorunmasına çalışdığını bəyan etsə də, mühafizəkar dairələrin nümayəndələri ABŞ-ın kurasiyasında olacağı nəzərdə tutulan nəqliyyat kommunikasiyasında təhlükə görürlər:
Üstəlik, qeyd etmək lazımdır ki, söhbət gedən yol sahəsi Ermənistan ərazisindən keçir. Lakin İranda təşviş içində olan radikallar hansısa qorxular səbəbilə marşruta qarşı çıxdıqlarını nümayiş etdirərkən bu faktı nədənsə israrla nəzərdən qaçırırlar.
Xatırladaq ki, TRIPP-in həyata keçirilməsinə etirazını Ermənistanın İrandakı səfiri ilə söhbətində İran İslam Respublikasının Ali lideri ayətullah Əli Xameneinin baş müşaviri Əli Əkbər Vilayəti də ifadə edib.
Yaşı kifayət qədər çox olan Vilayəti Zəngəzur dəhlizi layihəsinin reallaşdırılmasının əleyhdarları düşərgəsinin nümayəndəsidir və İran tərəfinin guya narahatlığı ilə bağlı mütəmadi açıqlamaların müəllifidir.
Bizim.Media xəbər verir ki, Xameneinin müşavirinin bu bəyanatını və ümumilikdə İran rəhbərliyinin mühafizəkar qanadının mövqeyini Minval.az-a Cənubi Qafqaz Araşdırmaları Mərkəzinin rəhbəri, politoloq Fərhad Məmmədov şərh edib.
“Xameneinin müşavirinin bəyanatını, müşavirin özünün də yaşı nəzərə alınmaqla, qocalıq marazmına yozmaq olardı. Amma biz İranın bütün çılpaqlığı ilə müxtəlif simalarını görürük: hökumət bir şey deyir, müxtəlif müşavirlər isə tamam başqa şey”, — deyə ekspert bildirib.
Politoloq xatırladıb ki, İran uzun müddət, xüsusilə də radikallar qrupu Zəngəzur dəhlizi layihəsinin həyata keçirilməsinə qarşı çıxıb, onu “Turan dəhlizi” adlandırıb və nəticədə “Ermənistan ərazisindən keçən Tramp marşrutu”nu əldə edib.
“Azərbaycan buna hər hansı reaksiya verməməlidir, çünki bu mövzu yalnız Ermənistan Respublikasına aiddir. İran həmin respublikaya ümid bəsləyirdi ki, İrəvan regiondakı proseslərdə spoyler rolunu oynamağa davam edəcək. Çünki İran ənənəvi olaraq öz xarici siyasət strategiyasını əməkdaşlıq üzərində deyil, məhz ziddiyyətlər üzərində qurur”, — deyə Məmmədov vurğulayıb.
“Zəngəzur dəhlizini istəmirdilərsə, buyurun, amerikalıların iştirakı ilə TRIPP yolu. Necə deyərlər, alın və qol çəkin”, — deyə o əlavə edib.
O, həmçinin qeyd edib ki, Zəngəzur dəhlizinin reallaşdırılması ilə bağlı erməni–amerikan danışıqları fəallaşıb və bu da avtomatik olaraq İranın aktivləşməsinə gətirib çıxarır: “Bu, xüsusilə radikal əhval-ruhiyyəli qrupların hərəkətlənməsinə aiddir”.
“Bu suallar İrandan Azərbaycan tərəfinə deyil, daha çox erməni tərəfinə ünvanlanmalıdır. Necə ki, İranın Ermənistandakı sabiq səfiri Subhani və Vilayəti sərhədlərin dəyişdirilməsi mövzusunda tezislərini mantra kimi təkrarlayırdılar, indi də qoy həmin fikirləri Ermənistanla bağlı səsləndirsinlər və İrəvandan ABŞ tərəfi ilə danışıqlara dair cavab istəsinlər”, — deyə Fərhad Məmmədov yekunlaşdırıb.
Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:230
embedMənbə:https://bizim.media
archiveBu xəbər 16 Dekabr 2025 15:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see420

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see374

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see353

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see337

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see302

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see291

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see287

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see279

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see257

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see255

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see249

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see245

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see245

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see239

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see238

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see231

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see221

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see214

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see209

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri