Icma.az
close
up
RU
Fərid Şahbazlı: Azərbaycan gəncliyi 44 günlük Vətən müharibəsi sınağından üzüağ çıxdı

Fərid Şahbazlı: Azərbaycan gəncliyi 44 günlük Vətən müharibəsi sınağından üzüağ çıxdı

Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"2 fevral - Gənclər Gününün təsis edilməsi ulu öndər Heydər Əliyevin Azərbaycan gəncliyinə ən böyük hədiyyəsidir. Gənclər Günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə Azərbaycanda qeyd olunmağa başlayıb. Ulu öndər Heydər Əliyev bununla bağlı 1997-ci ildə müvafiq fərman imzalayıb. Azərbaycanda Gənclər Günü təsis edildikdən xeyli sonra 1999-cu ilin 12 avqust tarixində BMT Baş Məclisi tərəfindən Beynəlxalq Gənclər Günü elan edilib. Ulu öndər Heydər Əliyev Azərbaycanda hakimiyyətə gəldikdən sonra ölkəmizdə dövlət gənclər siyasətinin əsası qoyulub və o siyasət bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu siyasət gənclərimizin həm milli-mənəvi dəyərlər ruhunda, həm də çağdaş dünyanın tələblərinə uyğun olaraq, çevik və innovativ bacarıqlara sahib bir vətəndaş kimi formalaşmasına xidmət edir. Təsadüfi deyil ki, bu gün gənclərimiz hakimiyyətin bütün qollarında aktiv şəkildə təmsil olunurlar".

Oxu.Az xəbər verir ki, bu sözləri "İslahatçı Gənclər" İctimai Birliyinin sədri Fərid Şahbazlı 2 Fevral - Azərbaycan Gəncləri Günü ilə bağlı danışarkən deyib. Onun sözlərinə görə, bu gün dövlətimiz ölkənin sabahını etibar edəcəyi gənc nəslin formalaşmasına xüsusi önəm verir: "Prezident İlham Əliyevin fərman və sərəncamları, uğurla həyata keçirilən dövlət proqramları gənclərin təhsili, ailə, məişət, məşğulluq məsələlərinin həllində mühüm rol oynayır. Dövlət başçısının fərmanı ilə Gənclər Fondunun yaradılması, paytaxt və regionlarda Gənclər evlərinin, Gənclərin Karyera və İnkişaf Mərkəzlərinin fəaliyyət göstərməsi gənclərlə işin dövlət siyasətinin prioriteti olduğunu sübut edir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev gənclərə olan münasibətini belə ifadə edib: "Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram".

Fərid Şahbazlı deyib ki, hazırda Azərbaycanda milli-mənəvi dəyərlərə bağlı, eyni zamanda, müasir dünyanın çağırışlarına verəcək qədər intellektual və hazırlıqlı gənclər nəsli yetişir. İctimai Birlik sədri qeyd edib ki, bu gün biz Azərbaycan gənclərinin uğurlu sədasını dünyanın nüfuzlu elm olimpiadalarından, mədəniyyət, idman yarışlarından eşidirik. O bildirib ki, Azərbaycan gəncləri həm ölkəmizin ictimai-siyasi həyatında aktiv iştirak edir, həm də dünya miqyasında böyük uğurlar əldə edirlər: "Ən önəmlisi isə Azərbaycan gəncliyi 44 günlük Vətən müharibəsində həm ön cəbhədə əsgər kimi, həm də arxa cəbhədə informasiya müharibəsinin iştirakçısı kimi öz gücünü və potensialını göstərdi. Ali Baş Komandanın rəhbərliyi altında gənclərimizin qəhrəmanlığı sayəsində Qarabağ torpaqları işğaldan azad olundu və tarixi ədalət bərpa edildi".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:154
embedMənbə:https://oxu.az
archiveBu xəbər 01 Fevral 2025 21:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see262

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see207

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see184

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see180

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see150

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see147

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see145

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see137

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see137

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see131

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri