Fərid Şahbazlı: “Birinci Qarabağ və Vətən müharibələrində jurnalistlərimiz həyatlarını itiriblər” FOTO
Bizim media portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Polşanın paytaxtı Varşava şəhərində ATƏT-in Demokratik İnstitutlar və İnsan Haqları Ofisinin təşkil etdiyi İnsani Dəyərlərin Tətbiqi üzrə İllik Toplantı öz işini davam etdirir.
Bizim.Media xəbər verir ki, tədbirdə ATƏT-ə üzv olan 57 ölkənin nümayəndələri – səfirlər, diplomatlar, beynəlxalq təşkilatların rəhbərləri, habelə hüquq müdafiəçiləri və ictimai-siyasi fəallar iştirak edirlər.
Növbəti müzakirələr “İfadə azadlığı və jurnalistlərin təhlükəsizliyi” mövzusunda baş tutub. Sessiyada çıxış edən “İslahatçı Gənclər” İctimai Birliyinin sədri, Editor.az İnformasiya Portalının baş redaktoru Fərid Şahbazlı media azadlığı, jurnalistlərin təhlükəsizliyi və dezinformasiyaya qarşı mübarizənin beynəlxalq gündəmdə ən aktual məsələlərdən biri olduğunu bildirib.
Fərid Şahbazlı deyib ki, son illərdə Azərbaycan mediası dərin transformasiya mərhələsini yaşayır. Dövlət səviyyəsində aparılan islahatlar nəticəsində medianın müasir çağırışlara cavab verən yeni hüquqi bazası formalaşdırılıb. Media subyektlərinin şəffaf qeydiyyatı, jurnalistlərin sosial müdafiəsi və rəqəmsallaşma istiqamətində mühüm addımlar atılıb.
Baş redaktor bildirib ki, 30 il müddətində Azərbaycan torpaqları Ermənistanın işğalı altında olub.
O vurğulayıb ki, həm Birinci Qarabağ müharibəsi, həm də Vətən müharibəsi zamanı azərbaycanlı jurnalistlər münaqişənin qurbanı olaraq həyatlarını itiriblər. Onlar informasiya cəbhəsində öz peşə borclarını yerinə yetirərkən şəhid olublar. Bu fakt münaqişə zonalarında jurnalist təhlükəsizliyinin nə qədər həssas məsələ olduğunu bir daha göstərir.
Fərid Şahbazlı bildirib ki, Azərbaycan dövləti postmünaqişə dövründə bu istiqamətdə yeni mexanizmlər yaradıb. İşğaldan azad edilmiş ərazilərdə media nümayəndələrinin təhlükəsiz fəaliyyətinə şərait yaradılır, mina təmizlənməsi və risk qiymətləndirməsi proseslərinə media qurumları da cəlb olunur.
Onun sözlərinə görə, eyni zamanda ölkəmiz dezinformasiya kampaniyalarının hədəfində qalır.
Sosial şəbəkələr və bəzi xarici media orqanları Azərbaycanla bağlı reallığı ciddi şəkildə təhrif edir. ATƏT əslində ölkələrə təzyiq məqsədi daşıyan bu cür informasiya hücumlarına qarşı effektiv müdafiə mexanizmləri qurmalı, üzv ölkələrə dəstək göstərməlidir.
“Biz inanırıq ki, jurnalistlərin təhlükəsizliyi və saxta xəbərlərlə mübarizə milli deyil, beynəlxalq məsələdir. ATƏT çərçivəsində bu istiqamətdə birgə fəaliyyət və təcrübə mübadiləsi xüsusi əhəmiyyət daşıyır,” – deyə Fərid Şahbazlı çıxışının sonunda qeyd edib.

Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 10 Oktyabr 2025 19:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















