Fərid Şəfiyev: Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində fəal iş aparılıb AZƏRTAC
Icma.az, Azertag portalına istinadən məlumat verir.
Bakı, 24 dekabr, AZƏRTAC
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) 2024-cü ildə ölkə daxilində və sərhədlərimizdən kənarda yerli və xarici tərəfdaşlarla fəal iş aparıb. Bu il BMTM-in fəaliyyəti əsas etibarilə prezident və parlament seçkilərindən sonra Prezident İlham Əliyev tərəfindən müəyyənləşdirilən tezis və mesajlar istiqamətində qurulub.
AZƏRTAC xəbər verir ki, bu sözləri Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin ilin yekunlarına dair keçirilən mətbuat konfransında BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev söyləyib.
O, həmçinin əlavə edib ki, beynəlxalq gündəmin aktual məsələləri və onların ölkəmizə mümkün təsirləri BMTM-in fəaliyyətində öz əksini tapıb.
“Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə mütəmadi, düzgün və operativ qaydada çatdırılması istiqamətində fəal iş aparılıb. Belə ki, Azərbaycan gündəminin ingilis dilində yığcam və düzgün analitik təsvirini ehtiva edən 12 bülleten hazırlanıb. İl ərzində dərc olunan kitab və broşürlərin ümumi sayı 10-dur. Onlardan 2-si Azərbaycan dilindədir”, - deyə Fərid Şəfiyev bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:140
Bu xəbər 24 Dekabr 2024 11:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















