Fernando Santuşun yerli köməkçisi bəlli olub FOTO İdman və Biz
Icma.az, Idman.biz saytına istinadən bildirir.
“Sabah”ın məşqçilər korpusunda ayrılıq yaşanıb.
İdman.biz Football-plus.az-a istinadən xəbər verir ki, Vasili Berezutskinin köməkçisi kimi çalışan Rəşad Eyyubov artıq məşqçilər korpusunda yer almayacaq.
Bunun səbəbi isə AFFA-dan aldığı təklifdi.
Eyyubov bundan sonra millidə Fernando Santuşa kömək edəcək. Portuqaliyalı mütəxəssis aylardı boş qalan yerli mütəxəssis postunu onunla dolduracaq. AFFA İcraiyyə Komitəsinin yaxınlarda keçiriləcək iclasında təqdimat reallaşacaq.
Bəs AFFA Rəşad Eyyubovla rəsmi müqavilə bağlayıbmı?
Dəqiq bilgi almaq üçün gənc mütəxəssislə əlaqə saxlamağı lazım bildik. Onun cavabı isə belə oldu:
“Bu barədə şərh verə bilmərəm. Məndən xahiş ediblər. Bağışlayın...”.
Müsahibimiz xəbəri təkzib etmədi, deməli, yığmada yerli məşqçi Rəşad bəy olacaq. Necə deyərlər, “od olmayan yerdən tüstü çıxmaz”.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 06 Yanvar 2025 16:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















