Icma.az
close
up
RU
Fernando Santuşun start heyəti: çoxçox maraqlıdı!

Fernando Santuşun start heyəti: çoxçox maraqlıdı!

Footbal-plus saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Yığmamızın baş məşqçisi Fernando Santuşun İsveçlə taleyüklü oyunda güvəndiyi start heyəti artıq bəllidi. İlk növbədə onu vurğulayaq ki, Estoniyaya qarşı başlayan heyətlə müqayisədə birdən-birə 5 dəyişiklik var. Bunların ikisi obyektiv səbəblə (Elvin Cəfərquliyev cəzalı, Rahil Məmmədov zədəlidi) bağlıdısa, Abbas Hüseynov, Ramil Şeydayev və Musa Qurbanlı da ilk “11-lik”dən kənarda qalıb. Start heyətinə düşən 5 yeni ad Amin Seydiyev, Bəhlul Mustafazadə, Anton Krivotsyuk, Nəriman Axundzadə və Mahir Emrelidi. Əslində Bəhlulun da Qəbələdə yetərincə tez oyuna qoşulduğunu nəzərə alsaq, onu yeni saymaq çətindi. Hər halda, müdafiə xətti büsbütün yenilənib. Estoniya ilə oyunda müdafiənin üzərinə o qədər də çox yük düşmədiyindən müdafiəçilərin gücünü görə bilməmişdik. Bu dəfə isə Amin, Bəhlul və Anton Bədavi Hüseynova yardım etməyə çalışacaq.
Portuqaliyalı mütəxəssisin hücum oyunçuları ilə bağlı gedişi də maraqlıdı. Lənkəran futbolunun yetirmələri – Toral Bayramlı ilə Nəriman Axundzadə uzunmüddətli birgəliyin faydasını yaşıl meydanda göstərməlidi. Bu mənada Mahir Emreli də nəyisə sübut etməlidi. Axı məhz onun yersiz qırmızı vərəqəsi evdə Slovakiyaya uduzmağımızın əsas səbəbi oldu. Onun Miroslav Klozedən nəsə öyrənib-öyrənmədiyini biləcəyik. Bir sözlə, Fernando Santuş çox maraqlı heyət seçib. Futbolumuzun 7 yetirməsi + 4 “milliləşdirilmiş”! Bizi çox maraqlı qarşılaşma gözləyir. Ya hər şey, ya heç nə... Hər kəs ekran qarşısına!
ORXAN

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 19 Noyabr 2024 23:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see401

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see379

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see358

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see344

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see340

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see318

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see301

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see232

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see226

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see225

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see221

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see220

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see215

Dərmanlar da icbari tibbi sığortaya daxil edilir Kimlər faydalanacaq?

20 Noyabr 2026 22:21see210

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see204

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see204

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see201

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see201

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see201

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri