FHN dən suda boğulma statistikası: 64 nəfər
Icma.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bu il sentyabrın 15-dək qeyri-çimərlik ərazilərində suda 64 nəfərin cəsədi aşkarlanaraq çıxarılıb.
Milli.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Akşin Əlili çimərlik mövsümünün başa çatması ilə bağlı keçirilən brifinqdə məlumat verib.
Onun sözlərinə görə, ötən ilin eyni dövründə qeyri-çimərlik ərazilərində suda 85 nəfərin cəsədi tapılaraq çıxarılıb. Bu il həmin göstərici təxminən 25 faiz azalıb.
Bildirilib ki, çimərlik mövsümü ərzində FHN-in nəzarət etdiyi ərazilərdə ölüm faktı qeydə alınmayıb.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 29 Sentyabr 2026 11:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















