Icma.az
close
up
RU
FHN in karate komandasının üzvləri beynəlxalq turnirdə uğur qazanıblar

FHN in karate komandasının üzvləri beynəlxalq turnirdə uğur qazanıblar

Icma.az, Apa.az portalına istinadən məlumat yayır.

Sərhədçi Olimpiya İdman Mərkəzində Gənclər və İdman Nazirliyi, Azərbaycan Karate Federasiyasının birgə təşkilatçılığı ilə karate üzrə uşaq, yeniyetmə və gənclər arasında “Qrand Pri” Azərbaycan beynəlxalq turniri keçirilib.

FHN-in Mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, turnirdə 14 müxtəlif ölkədən (Türkiyə, Qazaxıstan, Rusiya, Özbəkistan, Küveyt və s.) 1200-ə yaxın idmançı müxtəlif yaş kateqoriyaları və çəki dərəcələrində həm kata, həm də kumite yarışlarında əzmkar mübarizə aparıblar.

Yarışda iştirak edən FHN-in uşaq, yeniyetmə və gənclərdən ibarət karate komandası 150 idmançıya yaxın heyətlə İdman-sağlamlıq klubunun karate üzrə məşqçi müəllimləri Murad Hacızadə, Coşqun Sadıqov, Rafael Məmmədov, Akif Məmmədov və Xəyal Məmmədovun rəhbərliyi altında yüksək nəticələr əldə etməyi bacarıblar.

Belə ki, iki gün davam edən turnirdə FHN-in karate komandasının uşaqlardan ibarət üzvləri (5-11 yaş) 18 qızıl, 20 gümüş və 14 bürünc medal qazanıblar. Yeniyetmə (12-13 yaş) karateçilər isə 9 qızıl, 8 gümüş, 10 bürünc medalla kifayətləniblər. Gənclər (14-17 yaş) arasında keçirilən kumite yarışlarında idmançılar 4 qızıl, 7 gümüş və 7 bürünc medala layiq görülüblər. Turnirin sonunda ümumi nəticələrə əsasən FHN-in karate komandasının üzvləri 31 qızıl, 35 gümüş və 31 əldə etməyi bacarıblar.

Qaliblərə Azərbaycan Karate Federasiyasının təsis etdiyi medal və diplomlar təqdim olunub.

Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev turnirdə uğur qazanmış idmançılarla görüşərək onları təbrik edib, gələcək yarışlarda uğurlar arzulayıb.

FHN-in karate komandasının əsas məşqçisi ikiqat dünya çempionu, 8-ci dan qara kəmər sahibi, Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayevdir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:60
embedMənbə:https://apa.az
archiveBu xəbər 09 Aprel 2025 17:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see259

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see204

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see176

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see169

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see151

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see143

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see138

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see137

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri