FHN Rusiya və Türkiyə şirkətləri ilə 26 milyon manatlıq müqavilələr imzaladı
Icma.az, Yeniavaz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Aviasiya Dəstəsi Rusiya və Türkiyə şirkətləri ilə 3 satınalma müqaviləsi imzalayıb.
Yeniavaz.com xəbər verir ki, ümumi dəyəri 26 milyon manat olan satınalma müqavilələrinin biri Rusiyanın Milli Aviasiya Xidməti Şirkəti (“Национальная Авиационно-Сервисная Компания”) ilə, ikisi isə Türkiyənin “Falcon Teknoloji ve Dış Ticaret Limited” şirkəti ilə bağlanılıb.
Qeyd edək ki, Rusiya şirkəti FHN-in sifarişi əsasında “KA-32A” tipli helikopterə məxsus 1 ədəd VR-252 L20809008K nömrəli reduktorun sükan vintini təmir edəcək. Bu xidmətin qarşılığında FHN Rusiya şirkətinə 1 milyon 578 min 526,2 manat ödəyəcək.
Türkiyə şirkəti isə FHN-in sifarişi əsasında “Mİ-17-1V” tipli helikopterə məxsus 1 ədəd aparıcı vintin vtulkasının təmirini həyata keçirəcək və qarşılığında 17 milyon 184 min 369 manat alacaq. Bundan başqa, Türkiyə şirkəti “KA-32A” tipli helikopterin NP92A-5 № 091082, 081051, 081047, 081048 Plunger nasosların istismar müddətinin uzadılmasını da həyata keçirəcək və qarşılığında 7 milyon 145 min 203 manat alacaq.
Qeyd olunan bütün işlərin gələn ilin sonunda başa çatacağı bildirilir.
Elnur Əli
Bu mövzuda digər xəbərlər:Türkiyə şirkətləri Qarabağda nələr edir?
27 Noyabr 2024 11:57
Ermənistan bazarında Türkiyə şirkətləri ARAŞDIRMA
12 Sentyabr 2025 14:50
Pakistan və Türkiyə şirkətləri ilə ortaq əməkdaşlıq müzakirəsi
02 Mart 2025 10:43
Türkiyə şirkətləri Qarabağda nələr edir? FOTOLAR
27 Noyabr 2024 11:13
Baxış sayı:118
Bu xəbər 21 Avqust 2025 12:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















