FİF İkinci Liqanın debütantı ilə görüşdü, bu qədər məbləğ ayrıldı Klub yeni sponsor tapdı
Icma.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Futbolun İnkişaf Fondunun (FİF) icraçı direktoru Tural Piriyev növbəti mövsüm II Liqada debüt edəcək "Şirvan" klubunun rəhbərliyi ilə görüş keçirib.
Bu barədə Fanat.Az-a bölgə klubunun prezidenti Ramil Tağıyev məlumat verib.
Klub funksioneri bu gün Şirvan şəhərindəki "Gənclər evi"ndə baş tutan tədbirdən ümidverici təəssüratla ayrıldığını deyib:
"Futbolun inkişafı və gənclərimizin idmana təşviqi baxımından böyük önəm verdiyimiz görüş elə indicə başa çatdı. Klubun planları, gəlirlərin artırılması ilə bağlı təkliflər və FİF-in mümkün dəstək imkanları müzakirə olundu. Görüş məhsuldar keçdi. İnanırıq ki, gələcək uğurlu çıxışımız üçün təməli düzgün qoya biləcəyik".
Tağıyev yeni sponsorla anlaşdıqlarını da bildirib: "Müasir futbolda maddiyat önəmli faktordur. Ötən mövsüm sırf daxili imkanlarımız hesabına çıxış etdik. İkinci liqada dəstək vacibdir. AFFA 58 min manat verəcək. Bundan başqa, yeni tərəfdaşlarımız var. "Mister Tum"la anlaşma əldə olunub, bizə dəstək olacaqlar. Qarşıdakı günlərdə daha bir yeni tərəfdaşımızın adını açıqlayacağıq".
Qeyd edək ki, "Şirvan" Region Liqasında "Xankəndi"yə uduzaraq 2-ci yeri tutub. Belədə, komanda II Liqanı sonuncudan əvvəlki - 13-cü yerdə başa vuran "Lerik"lə pley-off oyununda üz-üzə gəlib. Pərviz Bayramovun komandası əlavə vaxta qədər uzanan gərgin matçda 3:2 qalib gələrək II Liqaya vəsiqə əldə edib.
Mirağa
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 07 Avqust 2025 15:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















