FIFA 4 Türkiyə klubuna transfer qadağası qoydu
Apasport portalından alınan məlumata görə, Icma.az xəbər verir.
FIFA dörd Türkiyə klubuna transfer qadağası tətbiq edib.
Apasport.az xəbər verir ki, bu barədə ali futbol qurumunun rəsmi siyahısında məlumat yer alıb.
Qərara əsasən, "Gənclərbirliyi", "Antalyaspor" və "Pendikspor" klubları üç transfer dövrü ərzində yeni futbolçu qeydiyyatdan keçirə bilməyəcəklər.
"Hatayspor"a tətbiq edilən qadağa isə müddətsiz xarakter daşıyır. Klub borc və ya mübahisəli məsələləri həll edənədək transfer həyata keçirə bilməyəcək.
Qeyd edək ki, FIFA əsasən maliyyə öhdəliklərinin yerinə yetirilməməsi və ya futbolçular, məşqçilər, klublar arasında yaranan hüquqi mübahisələrə görə transfer qadağası tətbiq edir.
"Fənərbaxça" UEFA siyahısını yenilədi – Muriqi əlavə olundu Leaonun Türkiyəyə transferi "dalana dirəndi" – "Milan" qiyməti endirmir Belçikalı vinger PSJ-yə doğru Mourinyodan maraqlı addım: Vinisiusla danışmadı "Barselona" "Birmingem"ə məğlub olub
Baxış sayı:125
Bu xəbər 01 Avqust 2026 16:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















