Icma.az
close
up
RU
Fındıq ləpəsi “qızıl” qiymətinə Bahalaşmanın SƏBƏBİ nədir?

Fındıq ləpəsi “qızıl” qiymətinə Bahalaşmanın SƏBƏBİ nədir?

Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycanda fındıq ləpəsinin qiymətində kəskin artım müşahidə olunur. Belə ki, əvvəl kilosu 18-22 manat olan ləpənin qiyməti indi 30-35 manat arasında dəyişir. Bir çox satış mərkəzlərinin satıcıları da bu vəziyyətdən narazılıq edir.
Dediklərinə görə fındıq ləpəsi yerində bahadır və bu səbəbdən satışları zəifləyib. Onlar bu ləpəni 28 manata alıb, 30 manata satırlar.
Bəs, fındığın bahalaşmasına səbəb nədir?  
İqtisadçı Akif Nəsirli Bizim.Media-ya açıqlamasında qeyd edib ki, fındıq ləpəsinin qiymətinin artmasında ilk olaraq ixrac tələbinin artması rol oynayır.
"Xüsusilə Türkiyə və Avropa ölkələri Azərbaycan fındığına böyük tələbat göstərir. İxrac üçün daha çox məhsul alındığından daxili bazarda təklif azalır və qiymət artır".
“Məhsuldarlıq azalıb..."
 

Akif Nəsirli vurğulayıb ki, 2025-ci ilin yayında bir çox bölgələrdə (xüsusən Qəbələ, Zaqatala, Balakən, Qax) quraqlıq və dolu hadisələri müşahidə olunub:


“Bu, məhsulun həm miqdarını, həm də keyfiyyətini aşağı salıb. Həmçinin yanacaq, enerji və əməkhaqqı xərclərinin artması da qiymətə təsir edir.  Fındığın yığılması və qurutma prosesi bahalaşdıqca son qiymətə təsir göstərir. O cümlədən manatın dollar və avroya nisbətdə zəifləməsi də ixrac yönümlü məhsulların daxili qiymətini artırır, çünki ixracatçılar xarici bazarlarda daha çox qazanc əldə edirlər".
Bəs fındıq ləpəsinin artan qiyməti sabit qalacaq?
"İlin sonuna  qədər fındıq qiymətində sabit qalma və ya cüzi artım mümkündür.
 

Bunun səbəbi mövsümi tələbatın artması, yeni məhsul mövsümünün artıq bitməsi, əlverişsiz hava şəraitinə görə ehtiyatların məhdud olmasıdır.


Yalnız hökumət tərəfindən ixrac tənzimlənməsi və ya əlavə idxal tədbirləri görülərsə, qiymət stabilləşə bilər" - deyə Akif Nəsirli qeyd edib.
Nəzrin Mirzəyeva, Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:113
embedMənbə:https://bizim.media
archiveBu xəbər 15 Oktyabr 2025 21:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri