Icma.az
close
up
RU
Fındıq mafiyası iş başında Bağları məhv edən qiymət təklif edirlər

Fındıq mafiyası iş başında Bağları məhv edən qiymət təklif edirlər

Icma.az xəbər verir, Qaynarinfo saytına əsaslanaraq.

Quba-Xaçmaz bölgəsində bir neçə gündür ki, kəndlərin divar və dirəklərində eyni məzmunlu elanlar gözə dəyir: "Yaş fındıq 1 manata alınır!"

Bu elanlar fındıq becərən kəndlilərdə qəzəb və məyusluq yaradıb. Ötən il yaş fındığın kiloqramının qiyməti 1 manat 50 qəpiyə olub. Bu il isə 1 manat təyin olunub.

Fındıq bağları bu bölgədə kəndlilərin əsas dolanlışıq mənbəyidir. Fındığın alış qiymətinin bu şəkildə aşağı salınması kəndliləri ayağa qaldırıb. Bu qiymət, sadəcə olaraq, fındıq yığımına çəkilən xərcin yarısını belə ödəmir. Bir kiloqram yaş fındığı yığmaq üçün fəhlə 50 qəpik istəyir. Yəni alıcının verdiyi 1 manatın yarısı artıq gedir. Bura əlavə olaraq daşınma xərcləri, fəhlələrin yeməyi, su pulu, budama haqqı və digər "görünməyən” xərcləri də gəldikdə, bağ sahibi fındıqdan qazanc yox, ziyan görür.

Hazırda yaranan durum belədir ki, məhsul yığılmasa çürüyəcək, yığılsa kəndli ziyan görəcək. Qiymət kəndlini çıxılmaz vəziyyətə salıb. Son illərdə yaş fındığın kəndlilərdən çox aşağı qiymətə alınması fındıq bağlarının kütləvi şəkildə qırılmasına da yol açır.

Kəndli illərlə zəhmət çəkdiyi bağını məhv edir, çünki əziyyətinin qarşılığında heç nə qazanmır, üstəlik ziyana düşür.

Maraqlıdır ki, fındıq Azərbaycanın strateji məhsuludur. Neft və qazdan sonra ölkəyə valyuta gətirən ikinci əsas sahə kənd təsərrüfatı məhsuludur. Bir neçə il öncə dövlət büdcəsindən fındıqçılığın inkişafı üçün milyonlarla vəsait ayrılmışdı. Hətta bələdiyyə və icra strukturları bu işlə ciddi məşğul olurdu. Kəndlilər vəziyyətdən çıxış yolunu fındıq alverində inhisarçılığa son qoyulmasında görürlər. Deyirlər ki, dövlət tədarük mərkəzləri bərpa olunmalı və kəndlilərlə birbaşa müqavilələr bağlanmalıdır.

Minimum alış qiyməti təsdiqlənməli, kəndlilərlə emalçılar arasında şəffaf və bərabər əsaslı əməkdaşlıq qurulmalıdır.

Statistik rəqəmlərə görə  Azərbaycanın illik daxili fındıq istehlakı təxminən 8-10 min ton civarındadır. Bu göstərici dəyişkəndir və əsasən şirniyyat sənayesi, ev təsərrüfatları və xaricə emal üçün göndərilən xammal üçün istifadə olunur.

2023-cü ildə Azərbaycanda təxminən 65-70 min ton fındıq istehsal edilib. Məhsuləsasən Quba-Xaçmaz, Zaqatala-Balakən, Şəki, Gəncə-Qazaxda yığılıb. Ölkənin istehsal etdiyi fındığın təxminən 85 faizi ixraca yönəldilib.

Azərbaycan 2022-2023 mövsümündə təxminən 55 min ton fındıq ixrac edib, bu da ölkəyə 100 milyon ABŞ dollarından çox gəlir gətirib. Əsas ixrac bazarları İtaliya, Almaniya, Rusiya, Ukrayna, Çin, Birləşmiş Ərəb Əmirlikləri olub. 2024-cü ildə dünya bazarında fındıq qiymətləri enməyib.

Fındıq dünyada ən çox Türkiyə tərəfindən istehsal olunur. Qardaş ölkə illik 700-800 min ton fındıq satır. Dünya bazarının təxminən 70 faizi Türkiyənin nəzarətindədir.

2024-cü ilin ortalarına olan orta dünya qiymətləri belədir:

Qabıqlı fındığın 1 tonu 1200 – 1400 dollar olub.

Təmizlənmiş fındıq 5000 – 6500 dollar satılıb. Bu qiymətlər dünya topdan satış bazarına aiddir və xammal keyfiyyətindən, emal səviyyəsindən, valyuta dəyişmələrindən asılı olaraq dəyişir.

Qlobal bazarda quru fındığın 1 kiloqramı 8-10 manat civarında satıldığı halda, Azərbaycanda yaş fındığın 1 manata alınması kəndli üçün ağır ədalətsizlikdir. Emalçılar və ixracçılar bu qiymətlə 10 qat qazanc əldə edə bilir, kəndli isə zərər görür.

Fındıq bazarında inhisarçılıq, fermerlərin alternativ bazara çıxış imkanlarının olmaması "fındıq mafiyasının” mövcudluğuna yol açır.

Eyni zamanda Azərbaycandakı fındıq bağlarının məhv edilməsini şərtləndirir. Əgər mövcud vəziyyət dəyişməsə, yəni kəndli əməyinə dəyər verilməsə, növbəti 2-3 il ərzində fındıqçılıq sektoru ölkədə ciddi tənəzzülə uğraya bilər. Hazırda kəndlilər bağlarını qırmağa, fındıqdan imtina etməyə başlayıblar. Bu proses davam edərsə, illik fındıq istehsalı kəskin şəkildə azalacaq, bu da ixrac imkanlarını məhdudlaşdıracaq. Ölkəyə daxil olan valyuta həcmi azalacaq, strateji gəlir mənbələrindən biri zərbə altına düşəcək.

Fındıq bağlarının sıradan çıxması həm də regionlarda işsizliyi artıracaq. Dövlətin fındıqçılığa subsidiya üçün ayırdığı milyonlarla vəsait boşa çıxacaq, həm kəndli, həm də büdcə ziyana düşəcək. Türkiyə və Gürcüstan kimi rəqib ölkələr bazardakı boşluğu dolduracaq, Azərbaycanın mövqeyi zəifləyəcək. Bu, təkcə bir kəndlinin yox, bütün ölkənin strateji zərəri olacaq. Odur ki, kəndlinin səsi bu gün eşidilməlidir.

Mənbə: Musavat.com

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 05 İyul 2025 22:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see203

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see176

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see165

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see160

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see152

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see150

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see146

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see135

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see134

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see130

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see130

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see127

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri