Finlandiya Ukraynaya 1,6 milyon avro ayırıb
Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.
Finlandiya hakimiyyəti Ukraynanın vergi sisteminin təkmilləşdirilməsi və dəstəklənməsi proqramının həyata keçirilməsi üçün 1,6 milyon avro ayırıb.
Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə Finlandiya Xarici İşlər Nazirliyinin (XİN) saytında dərc edilmiş açıqlamada bildirilib.
"Ukrayna Dövlət Vergi Xidmətinə (DVX) etimadın möhkəmləndirilməsi" layihəsi ölkənin daxili gəlir bazasının gücləndirilməsinə və xarici maliyyələşdirmədən asılılığın azaldılmasına yönəlib. Layihənin 2025-2028-ci illərdə həyata keçirilməsi üçün 1,6 milyon avro ayrılıb", - məlumatda qeyd olunub.
Finlandiyanın vergi orqanları və DVX layihəni birgə həyata keçirəcək. Bu layihə çərçivəsində Kiyev və onun Qərb tərəfdaşları səmərəli və şəffaf vergi sisteminin yaradılmasını, həmçinin Ukraynada özəl sektorun fəallığının artırılmasını hədəfləyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 07 Aprel 2025 17:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















