Florian Virts indiyə qədər birlikdə oynadığı ən yaxşı futbolçunun adını açıqladı
Fanat saytından alınan məlumata görə, Icma.az bildirir.
"Liverpul"un yeni transferi Florian Virts karyerası ərzində birlikdə oynadığı ən yaxşı futbolçunun adını açıqlayıb.
Fanat.Az xəbər verir ki, ulduz yarımmüdafiəçi "Madrid Zone"-nin sualını belə cavablandırıb:
"İndiyə qədər oynadığım ən yaxşı oyunçu? Şübhəsiz ki, Toni Kroos. O, əfsanəvi yarımmüdafiəçidir".
22 yaşlı alman futbolçu İngiltərə nəhənginə bu ilin iyulunda "Bayer Leverkuzen"dən keçib. Onun Toni Kroosla yolları Almaniya millisində kəsişib.
Kroos 2024-cü ilin yayında butslarını divardan asıb. Keçmiş yarımmüdafiəçi karyerasının son on ilini "Real Madrid"də keçirib.
Florian Virts 2021-ci ildə debüt etdiyi Almaniya millisində indiyə qədər 31 oyun keçirib.
Mirağa

Florian Virts “Liverpul”da
20 İyun 2025 22:27
Florian Virts “Bayer”də qaldı
20 May 2025 13:44
Florian Virts Bavariya ilə razılaşdı
06 May 2025 17:57
De Bruynenin əvəzedicisi tapılıb Florian Virts
18 Fevral 2025 21:18
Florian Virts Liverpul azarkeşlərindən üzr istədi
21 İyun 2025 14:51

