Icma.az
close
up
RU
Folklor mətnləri və yazılı ədəbiyyat nümunələrinə dair monoqrafiya işıq üzü görüb

Folklor mətnləri və yazılı ədəbiyyat nümunələrinə dair monoqrafiya işıq üzü görüb

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 23 dekabr, AZƏRTAC

AMEA Folklor İnstitutunun Elmi şurasının qərarı ilə Mərasim folkloru və milli kulinariya ənənəsi şöbəsinin aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Atif İslamzadənin “Folklor mətnlərinin və yazılı ədəbi nümunələrin funksional semantikası” monoqrafiyası nəşr olunub.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, monoqrafiyada folklor və yazılı ədəbiyyat nümunələri struktur-semiotik və funksional-semantik yanaşma əsasında təhlil edilərək mətnlərin dərin məna qatları üzə çıxarılıb. Ənənəvi izahlardan fərqli olaraq, müəllif mətn vahidlərini statik deyil, situativ kontekstlər daxilində araşdırıb, eyni söz və cümlə qəliblərinin müxtəlif situasiyalarda yeni semantik funksiyalar qazanmasını elmi əsaslarla göstərib. Bu yanaşma mətnin çoxqatlı strukturunu aşkarlamaq baxımından geniş metodoloji imkanlar açır.

Ön söz, giriş, altı fəsil, ədəbiyyat siyahısı, türk, ingilis və rus dillərində xülasələrdən ibarət olan monoqrafiyanın strukturu özünəməxsus şəkildə qurulub, hər bir fəsil ayrıca “kitab” prinsipi əsasında təqdim edilib. Belə ki, I kitabda “Göyçə dastanları və aşıq rəvayətləri” toplusundan “Ağ Aşıq və Süsənbər” dastanı, II və III kitablarda “Azərbaycan nağılları”ndan “Nar qızı” və “Məlik Məhəmməd” nağılları, IV kitabda O.Fikrətoğlunun “Vaxt” kitabından “Papaq Yusif” film ssenarisi, V kitabda K.İmranoğlunun “Dağlı məhəlləsi” kitabından “Riyaziyyat müəllimi” hekayəsi, VI kitabda isə F. adığın “İşlə-ev arasında” kitabından “Saxlama” gəraylısı struktur-semiotik metod əsasında təhlilə cəlb edilib.

Monoqrafiyanın əsas elmi yeniliklərindən biri folklor və yazılı ədəbiyyat nümunələrinin vahid mədəni sistemin komponentləri kimi təqdim edilməsidir. Müəllif göstərir ki, ədəbi tənqid yalnız yazılı ədəbiyyat çərçivəsində deyil, ümummədəniyyət kontekstində genişləndirilməli, folklor və yazılı ədəbiyyat qarşılıqlı əlaqədə öyrənilməlidir. Bu baxımdan tədqiqat folklorşünaslıq və ədəbiyyatşünaslıq arasında metodoloji inteqrasiyanı gücləndirən araşdırma kimi diqqəti cəlb edir.

Tədqiqatın diqqətçəkən metodoloji cəhətlərindən biri O.Fikrətoğlunun “Papaq Yusif” film ssenarisinin yalnız mətnin daxili strukturu əsasında, əlavə elmi qaynaqlara müraciət edilmədən təhlil edilməsidir. Bu yanaşma mətnin özünün analitik imkanlarını üzə çıxarmaq baxımından əhəmiyyətli metodoloji təcrübə kimi təqdim olunur.

Kitabda mətn təhlillərində situasiyaların semantik rolu xüsusi olaraq nəzərə alınıb, assosiativ əlaqələr, semantik layların qarşılıqlı münasibətləri və informasiyanın müxtəlif yaruslarda cəmlənməsi sistemli şəkildə araşdırılıb. Bu yanaşma nəticəsində mətnin daxili mexanizmlərini açıqlayan qiymətli nəticələr əldə olunub.

Monoqrafiya folklor və yazılı ədəbi nümunələrin vahid metod əsasında tədqiqinə geniş imkanlar açır. Əsər ali məktəblərin filologiya fakültələrində, folklor, ədəbiyyatşünaslıq və mifologiya ixtisasları üzrə magistratura və doktorantura səviyyəsində xüsusi kurslar üçün praktiki elmi vəsait kimi istifadə oluna bilər.

Nəşrin elmi redaktoru filologiya elmləri doktoru, professor Sərxan Xavəri, elmi rəyçiləri filologiya elmləri doktorları, professorlar Seyfəddin Rzasoy və Vaqif Sultanlıdır. Ön sözün müəllifi professor Seyfəddin Rzasoydur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:114
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 Dekabr 2025 16:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see159

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see156

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see156

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see155

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see150

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see150

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see147

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see146

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see146

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see144

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see143

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see139

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see137

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see136

ABŞ ın neftini KİM OĞURLAYIB KONKRET

21 Dekabr 2025 18:34see134

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see133

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see130

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri