Icma.az
close
up
RU
Folklorşünas alim Azad Nəbiyevin 80 illik yubileyinə həsr olunmuş elmi sessiya təşkil edilib

Folklorşünas alim Azad Nəbiyevin 80 illik yubileyinə həsr olunmuş elmi sessiya təşkil edilib

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 24 aprel, AZƏRTAC

Bakı Dövlət Universitetində Azərbaycan Milli Elmlər Akademiyasının Humanitar Elmlər Bölməsi, AMEA-nın Folklor İnstitutu və BDU-nun Filologiya fakültəsinin birgə təşkilatçılığı ilə görkəmli folklorşünas-alim, filologiya elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü olmuş Azad Nəbiyevin 80 illik yubileyinə həsr edilmiş elmi sessiya keçirilib.

Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib.

Tədbirdə çıxış edən BDU-nun Azərbaycan şifahi xalq ədəbiyyatı kafed¬rasının mü¬diri professor Səhər Orucova professor Azad Nəbiyevin Azərbaycan folklorşünaslığında xüsusi xidmətləri olduğunu vurğulayıb. O qeyd edib ki, hazırda rəhbərlik etdiyi, A.Nəbiyev tərəfindən yaradılmış kafedra mərhum alimin elmi-təşkilatçılıq bacarığının bariz nümunəsidir.

Sonra çıxış edən AMEA-nın Humanitar Elmlər Bölməsinin Elmi şurasının sədr müavini akademik Teymur Kərimli vurğulayıb ki, hələ aspirantura təhsili aldığı illərdən A.Nəbiyevi təcrübəli pedaqoq, elmi məsələlərə ciddi yanaşması ilə seçilən alim kimi tanıyıb. Onun elmi irsi bu gün də aktuallığını qoruyub saxlayır. Akademik vurğulayıb ki, Azad Nəbiyevin yetişdirdiyi kadrlar bu gün respublikanın müxtəlif qurumlarında uğurla fəaliyyət göstərir.

AMEA-nın Folklor İnstitutunun direktoru dosent Hikmət Quliyev bildirib ki, A.Nəbiyev həm bakalavriat, həm də magistratura dövründə onun diplom və dissertasiya işinə rəhbərlik edib və ümumən onun folklora elmi marağının artmasında, bu sahəyə gəlməsində mühüm rol oynayıb: “Azad Nəbiyev Azərbaycan folklorşünaslığına şəhər folkloru, balıqçı folkloru, ipəkçi nəğmələri, hanaçı nəğmələri, qaçaq folkloru və başqa yeni anlayışlar gətirib. Bəzi janrların etnopsixoloji düşüncə ilə bağlı tərəflərinə ilk dəfə onun əsərlərində toxunulub. Alim özünün ikicildlik “Azərbaycan xalq ədəbiyyatı” dərsliyində şifahi yaradıcılıq örnəklərinin “lirik, epik, dramatik növlər” bölgüsündən imtina edib, bunu lirik, epik, dramatik üslub kimi verməklə, folklorun filoloji baxış bucağı ilə məhdudlaşan təsnifatından ilk dəfə kənara çıxıb. Əslində, bu yanaşma filoloji folklorşünaslıqdan sosial-antropoloji folklorşünaslığa keçidin ilkin əlamətləri kimi də qəbul oluna bilər. Azad Nəbiyev öz tədqiqatlarında o zamanadək folklorşü¬naslığımızda diqqət yetirilməyən bir çox məsələləri tədqiqat müstəvisinə gətirib”.

Elmi sessiyada professor “Azad Nəbiyev və folklor mədəni irsi”, “Azərbaycan folklorunun görkəmli tədqiqatçısı və təbliğatçısı”, “Milli folklorşünaslığımızda Azad Nəbiyev assosiasiyası”, “Etnopsixoloji düşüncə ilə bağlı yaranan janrlar” mövzularında məruzələr dinlənilib.

Daha sonra professor Cəlil Nağıyev, Folklor İnstitutunun şöbə müdiri professor Seyfəddin Rzasoy, dosent Məhərrəm Vəliyev alimlə bağlı xatirələrini bölüşüblər.

Elmi sessiyada A.Nəbiyevin həyat və yaradıcılığından bəhs edən videoçarx təqdim olunub.

Alimin ailəsi adından çıxış edən qızı və davamçısı Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının müəllimi filologiya elmləri doktoru Ülkər Nəbiyeva elmi sessiyanın təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:69
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 Aprel 2025 18:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see272

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see252

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see241

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see218

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see199

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see195

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see182

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see162

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see160

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see142

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri