Formula 1 Azərbaycan Qran prisi: Tribunalardakı yerlərin sayı 20 000 i keçəcək FOTO
Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.
Formula 1 Qatar Airways Azərbaycan Qran-prisi 2025-ə hazırlıq işləri davam etdirilir.
İdman.biz xəbər verir ki, bu il Bakı Şəhər Halqasında iki əlavə tribunanın quraşdırılması nəzərdə tutulub.
Artıq Bakı Şəhər Halqası ətrafında tribunaların quraşdırılmasına başlanılıb. Həm yerli, həm də xarici azarkeşlər tərəfindən Azərbaycan Qran-prisinə artan marağı nəzərə alaraq, infrastrukturun genişlənməsi nəticəsində tribunaların tutumu 1 500 yer artırılaraq 20 000-i keçəcək.
Formula 1 Qatar Airways Azərbaycan Qran-prisi 2024-ü dörd gün ərzində tribunalardan canlı olaraq 76 000-dən çox azarkeş izləyib.
Hazırlıq işləri ilə əlaqədar olaraq Dənizkənarı Bulvarın bəzi hissələrində müvəqqəti məhdudiyyətlərin tətbiq olunması nəzərdə tutulur. Paytaxt sakinlərindən və qonaqlardan bu müddət ərzində anlayış göstərmələri xahiş olunur.
Qeyd edək ki, Formula 1 Qatar Airways Azərbaycan Qran-prisi 2025 sentyabrın 19–21-də keçiriləcək.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 21 May 2025 11:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















