Icma.az
close
up
RU
Formula 1 yarışları günü necə hərəkət etmək olar?

Formula 1 yarışları günü necə hərəkət etmək olar?

Icma.az, Azpost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi “2025 Formula-1 Azərbaycan Qran Prisi” ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib.

İdarədən verilən xəbərə görə, müraciətdə deyilir:

“Bakı şəhərində keçiriləcək “2025 Formula-1 Azərbaycan Qran Prisi” ilə əlaqədar paytaxtda nəqliyyat sıxlığının qarşısının alınması məqsədilə sentyabr ayının 19-dan 21-dək Bakı şəhərinə bitişik kənd və qəsəbələrdən, həmçinin respublikanın digər şəhər və rayonlarından paytaxta gələn vətəndaşlarımızdan ictimai nəqliyyat vasitələrindən istifadəyə üstünlük vermələri, paytaxt sakinlərindən isə yarışın keçirildiyi müddət ərzində fərdi minik avtomobillərindən mümkün qədər az istifadə etmələri, şəhərin mərkəzi hissəsinə yalnız ictimai nəqliyyat vasitələri ilə hərəkət etmələri, istismar müddəti çox olan və nasaz nəqliyyat vasitələri ilə ümumiyyətlə yola çıxmamaları xahiş olunur.

Əlavə olaraq bildirək ki, 15-16-17 sentyabr tarixlərində yarış zolağının aşağıda qeyd edilən giriş-çıxış hissələri səhər saat 07:00-dan 09:00-dək, axşam saat 18:00-dan 20:00-dək nəqliyyatın hərəkəti üçün dayanma və durma olmadan sərbəst olacaq.

18 sentyabrda isə səhər saat 07:00-dan 09:00-dək, axşam isə saat 20:00-dan 22:00-dək bu yollar açıq olacaq.

Giriş nöqtələri:

– Salyan şosesindən Neftçilər prospekti və Azneft dairəsi istiqamətində;

– M.Lermontov küçəsindən BMT-nin 50 İlliyi küçəsi və İstiqlaliyyət küçəsi istiqamətində;

– S.Vurğun küçəsindən Ü.Hacıbəyli küçəsi və Bülbül prospekti istiqamətində;

– Bülbül prospektindən Xəqani küçəsi və Neftçilər prospekti istiqamətində;

– Nizami və Puşkin küçələrinin kəsişməsindən Xəqani küçəsi istiqamətində.

Çıxış nöqtələri:

– Neftçilər prospektindən Bakı Dəniz Limanı və “Crescent Mall” istiqamətində;

– İstiqlaliyyət küçəsindən Azərbaycan prospekti istiqamətində;

– Neftçilər prospektindən Azneft dairəsi və “Dəniz Mall” istiqamətində.

Qeyd olunan yollar yalnız tranzit koridoru kimi istifadə ediləcək. Həmçinin fövqəladə hallar istisna olmaqla, tranzit dəhlizləri açıq olduğu zaman nəqliyyat vasitələrinin parklaması, sərnişinlərin minməsi və düşməsi qadağandır. Bundan başqa, həmin yollarda ağır tonnajlı yük maşınlarının və ictimai nəqliyyatın hərəkəti istisna edilir”.

AzPost.az

Paylaş

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:131
embedMənbə:https://azpost.info
archiveBu xəbər 16 Sentyabr 2025 10:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Panik atakla infarktı necə ayırd etmək olar?

28 Sentyabr 2026 23:24see200

Ankarada yüzlərlə sayt BLOKLANDI

29 Sentyabr 2026 02:02see194

4SİM Türk Dövlətləri Təşkilatının Texnologiya Forumunda təmsil olunub

28 Sentyabr 2026 17:31see185

Dövlət Məşğulluq Agentliyində şöbə müdiri İŞDƏN ÇIXARILDI

28 Sentyabr 2026 19:36see160

Paytaxtda bəzi marşrutların iş saatları uzadılacaq RƏSMİ

28 Sentyabr 2026 18:45see155

Nigerdə iki hücumda təhlükəsizlik qüvvələrinin 50 dən çox üzvü öldürülüb

28 Sentyabr 2026 23:26see154

Maskın raketi suya düşərək partladı Video

29 Sentyabr 2026 01:32see154

AMEA prezidenti İsa Həbibbəyli Gürcü Ədəbiyyatı İnstitutunun yubileyində iştirak və çıxış edib

28 Sentyabr 2026 17:45see151

Azərbaycan cəmiyyətinin özünümüşahidəsi

28 Sentyabr 2026 17:30see151

“Zootelepat” qadın 4 nəfəri öldürən filin aqressiyasının səbəbini AÇIQLADI

28 Sentyabr 2026 21:51see151

Tikinti sektorunda yeni dələduzluq (Video)

29 Sentyabr 2026 07:08see149

Azərbaycanda məşhur universitet 3 avtomobil alacaq

28 Sentyabr 2026 18:36see149

Sərnişinlərin NƏZƏRİNƏ: 28 May və Şamaxinka da dəyişiklik

28 Sentyabr 2026 19:05see149

Starship kosmik gəmisi ilk orbital uçuşundan sonra PARTLADI VİDEO

28 Sentyabr 2026 23:28see148

Azərbaycan Orta Dəhlizin 3,2 milyardlıq layihələrində iştirak edir

28 Sentyabr 2026 17:35see148

17 il əvvəl öldürülən müxalifət liderinə görə 36 nəfər həbs edildi

29 Sentyabr 2026 03:17see147

Azərbaycanda kimlər aylıq müavinət ala bilər? SİYAHI

28 Sentyabr 2026 19:33see147

Türkiyə böyük hesabla məğlub oldu

29 Sentyabr 2026 01:02see147

Çənə və diş ağrısı İNFARKTIN GİZLİ ƏLAMƏTİ ola bilər

29 Sentyabr 2026 04:54see147

Bakıda artan kreditin nəticəsi TIXAC

28 Sentyabr 2026 16:17see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri