Frank Lampard: “Böyük komandalar barədə müzakirə gedəndə biz də yada düşməyə layiqiq”
Icma.az, sport24.az saytına istinadən bildirir.
"Çelsi"nin sabiq yarımmüdafiəçisi və hazırda isə "Koventri"nin "sükanı arxasında" olan Frank Lampard 2004/05 mövümündəki "Çelsi"sinin Premyer Liqa tarixinin ən böyük komandalarından biri olduğunu söyləyib. Sport24.az xəbər verir ki, o, bu barədə "The Telegraph"a açıqlama verib:
"Düşünürəm ki, 2004/05 mövsümündə biz "Arsenal"ın məğlubedilməz olduğu zaman etdiklərinə, ondan sonra Xosep Qvardiolanın "Mançester Siti"si ilə eyni səviyyədə komanda idik. Heç şübhəsiz ki, İngiltərə Premyer Liqasının ən böyük komandaları barədə müzakirə gedəndə biz də yada düşməyə layiqiq".
Qeyd edək ki, 2004/2005 mövsümündə Joze Mourinyonun rəhbərliyi altında "Çelsi" İngiltərə çempionu olub. Londonlular mövsüm ərzində cəmi bir məğlubiyyət və səkkiz heç-heçə edib. "Zadəganlar" Premyer Liqanın 38 turunda qapısından cəmi 15 qol görüb.
Baxış sayı:158
Bu xəbər 15 Aprel 2025 18:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















