Icma.az
close
up
RU
Afrikadan qovulan Makron, ölkədaxili siyasətdə etibarsız fəaliyyətinə görə nüfuz itirməyə davam edəcək

Afrikadan qovulan Makron, ölkədaxili siyasətdə etibarsız fəaliyyətinə görə nüfuz itirməyə davam edəcək

Icma.az, Bizimyol saytına istinadən bildirir.

Fransanın solçu "Yenilməz Fransa" (LFI) Partiyası hazırkı prezident Emmanuel Makrona qarşı impiçment proseduruna başlamaqla siyasi mübarizədə ciddi addım atıb. Bu, partiyanın parlament fraksiyasının rəhbəri Matilda Panonun "X" sosial şəbəkəsindəki səhifəsində dərc olunmuş bəyanatından məlum olub.Makron impiçment edilərsə nə baş verəcək?

Politoloq Elşad Həsənov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, impiçment latın sözü olub, etibarsızlıq deməkdir. Dünyanın bir çox ölkələrində yüksək vəzifəli şəxslərin impiçmenti ilə bağlı qanunlar var. Lakin hər yerdə buna müraciət etmirlər. Braziliyada Dima Russef, İndoneziyada Abdurrahman Vahid və Avropada yeganə olaraq 2004-cü ildə Litvada Rolandas Paksas impiçment yolu ilə vəzifədən kənarlaşdırılıb.

Elşad Həsənov

Politoloq qeyd edib ki, dövlət başçısına inam itəndə, etibarsız sayılanda onun haqqında parlamentdə məsələ qaldırılır və onun impiçmentinə nail olunur.

“Fransada Makronun impiçmenti ilə bağlı məsələ bir neçə dəfə qaldırılıb. Amma gərək parlamentin üzvlərinin çoxluğu bu məsələyə "hə" deməlidir ki, məsələyə baxılsın. Fransada impiçmentlə bğlı məsələdə 15 nəfər lehinə, 54 nəfər əleyhinə səs verib. Bu səbəbdən də məsələ irəliləmədi”-deyə politoloq əlavə edib.

Elşad Həsənov bildirib ki, Fransada Makron birinci seçkidən sonra yaxşı siyasət aparmadı. Bu səbəbdən də ikinci seçkidə ilk dəfədən səs toplaya bilmədi. İkinci mərhələdə, azsaylı səslə rəqibini keçərək qalib gəldi. Apardığı siyasət öz ölkəsində ona nüfuz qazandırmadı.

“Təqaüdçülərin yaşını 62-dən 65-ə qaldırdı. Uzun müddət “sarı jiletlilər”in və təqaüdçülərin mitinqi keçirildi, Makronun bu siyasətinə qarşı çıxdılar. Bu ilin əvvəlində Avropa parlamentinə seçkilərdə Makronun partiyası seçkidə zəif nəticə göstərdi.

Makron ölkə daxilində parlament seçkiləri keçirdi və bu parlament seçkilərində də, müxalifətə uduzdu. O, seçkilərdə daha çox səs toplayan Yeni Xalq Cəbhəsinin namizədini baş nazir təyin etməli idi. Amma bunu da etmədi. Bu səbəbdən də avqustun sonunda onun impiçmenti ilə bağlı məsələ qaldırıldı. Göstərilirdi ki, Makron Fransa Konsitutsiyasınıln 68-ci maddəsini pozub, öz vəzifəsini yeirnə yetirmir. Makron öz vəzifəsini yerinə yetirə bilmirsə, ona impiçment elan edilməlidir.

Makron Yeni Xalq Cəbhəsi partiyasının namizədini deyil, öz istədiyi şəxsi baş nazir seçdi və beləliklə, müxalif partiyalar arasında da gərginlik yaradıb, onları parçalamağa çalışdı.

Görünən odur ki, Makron təkcə Afrika ölkələrində, müstəmləkəçilik siyasəti yürütdüyü ölkələrdə deyil, dünyanın digər ölkələrində də apardığı siyasətlə uduza-uduza gedir. Azərbaycana qarşı olan qarayaxma kampaniyası, düzgün aparılmayan siyasət və Azərbaycanın mövqeyinə münasibət, BMT-nin Təhlükəsizlik Şurasında Azərbaycana qarşı bəyanatlar qəbul etdirməyə çalışmaq və s. bu kimi davranışlar Makronun nüfuzunun azalması ilə nəticələnir.

Keçən il dekabrdA Azərbaycan xüsusi orqan əməkdaşları, Dövlət Təhlükəsizlik Xidməti Fransanın diplomatik pərdə altında çalışan iki kəşfiyyatçısını həbs etdi. Onlr persona non-grata elan edildi. Azırbaycandan uzaqlaşdırıldı. Azərbaycan Təhlükəsizlik Xidməti Gürcüstan, Ukrayna, Moldova və Afrikada Fransanın geniş agentura şəbəkəısini ifşa etdi.

Bunun nəticəsində Frnsanın Xarici Xidmət İdarəsinin rəisi istefaya getdi.

Onun ardınca Fransanıln baş naizri istefa verməyə məcbur oldu”-deyən politoloq hesab edir ki, bu böyük ifşaya görə əslində Makron özü istefa verməli idi. Ancaq o dayanış göstərdi və istefa vermədi. Yenidən öz komandasını yığı və Azərbaycana qarşı qarayaxma kampaniyası aparır.

Bunun ən bariz nümunəsi COP29-da iştirak etməməsidir.

Eyni zamanda Fransa öz kiçik baçısı Ermənistana da gəlmək üçün icazə vermədi.

Politoloqun fikrincə, bütün baş verənlərə baxmayaraq, Azırbaycan qələbə çaldı.

BMT –nin ilqim dəyişmələri haqqında kofransının 29-cu sessiyası uğurla başa çatdı.

80 ölkənin dövlət başçısı və 76 min itirakçı ilə COP həıyata keçirildi. Qəbul edilən qərarlar dövlət başçılarını məmnun etdi.

“Makron siyasəti də burada da iflasa uğradı”-deyə politoloq bildirib.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 26 Noyabr 2024 13:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri