Fransa təmsilçisi Trabzonspor dan FİFA ya şikayət etdi!
Footbal-plus portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Mövsümü Türkiyə kubokunu qazanmaqla başa vuran ''Trabzonspor'' öz səhlənkarlığı üzündən ciddi problemlərlə qarşılaşa bilər.
"Football-plus.az" xəbər verir ki, qaradənizlilər ötən yay Fransa təmsilçisi ''Bastiya''dan Krist Ulaini 5,5 milyon avroya transfer etmişdilər. Bu futbolçu mövsümün tapıntılarından biri oldu. Ona Avropanın bir çox klubu maraq göstərir. Bu transfer zamanı ''Trabzonspor''dan verilən açıqlamada qeyd olunmuşdu ki, 5,5 milyon avro qarşı tərəfə 4 hissəyə bölünərək ödəniləcək. Bundan başqa Ulainin sonrakı satışından əldə olunacaq məbləğin 20 faizi də fransızlara çatacaq. Ancaq Fransa mətbuatının yazdığına inansaq, Trabzon təmsilçisi bu məbləğin ilk iki hissəsini ödəsə də, son iki hissəsini ödəməyib. Söhbət təxminən 1,5 - 2 milyon avroluq məbləğdən gedir. Bu üzdən ''Bastiya'' ''Trabzonspor''dan FİFA-ya şikayət edib!
Xəbərin davamında qeyd olunub ki, Türkiyə nəhəngi 2020-ci ildə də ''maliyyə feyr-pleyi''ni pozmuşdu. Ona görə də indi hətta ''Trabzonspor''un avrokuboklarda kənarlaşdırılması ehtimalı da var. Ulaiyə gəlincə, 20 yaşlı mərkəz yarımmüdafiəçisinin dəyəri ötən yay cəmi 400 min avro idisə, indi bu məbləğ 57 qat artaraq 23 milyon avroya çatıb!
''Çelsi'' və ''Leyptsiq'' Ulaini diqqətlə təqib edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:237
Bu xəbər 09 İyun 2026 16:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















