Icma.az
close
up
RU
Fransa və Belçika 2027 ci ilə qədər Rusiya qazının idxalına qadağa planını dəstəkləmir?

Fransa və Belçika 2027 ci ilə qədər Rusiya qazının idxalına qadağa planını dəstəkləmir?

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Fransa və Belçika Avropa Komissiyasının (AK) 2027-ci ilə qədər Rusiya qazının, xüsusilə də mayeləşdirilmiş təbii qazın (LNG) idxalına qadağa qoyulmasını nəzərdə tutan planını dəstəkləməkdən imtina ediblər. Hər iki ölkə bu addımın iqtisadi və hüquqi nəticələri barədə daha ətraflı məlumat tələb edir. Bu barədə Politico məlumat yayıb.

Nəşrin yazdığına görə, Fransa Rusiyadan qaz tədarükünün dayandırılması əvəzinə, alternativ mənbələrin axtarılmasına yönəlmiş strategiyaya üstünlük verir. Bu kontekstdə Qətərdən qaz idxalının artırılması nəzərdə tutulur. Energetika naziri Mark Ferraççi bildirib ki, Fransa “Rusiyanın qalıq yanacaq resurslarından asılılığın azaldılması strategiyasını dəstəkləyir”, lakin “Avropa səviyyəsində ümumi qadağa heç bir üzv dövlətin Rusiya LNG-sini idxal edə bilməyəcəyi anlamına gəlir”.

Nazir, həmçinin, belə bir qadağanın mövcud kommersiya müqavilələrini pozacağı və bu səbəbdən özəl şirkətlərin Rusiya məhkəmələrində hüquqi problemlərlə üzləşə biləcəyi barədə narahatlığını ifadə edib. Məsələn, Fransanın enerji şirkəti TotalEnergies Rusiyanın Novatek şirkəti ilə 2032-ci ilə qədər qüvvədə olan müqaviləyə malikdir və Sibirdə yerləşən “Yamal” LNG zavodunda 20 faizlik paya sahibdir.

Belçika isə qərar qəbul olunmazdan əvvəl bu qadağanın iqtisadi nəticələrini əhatə edən ətraflı hesabatın hazırlanmasını tələb edir. Politico qeyd edir ki, Fransa və Belçika hazırda Aİ-də Rusiyanın LNG tədarükünün ən böyük alıcılarıdır.

Digər iki əsas idxalçı – İspaniya və Niderland – nəşrə bildiriblər ki, Avropa Komissiyasının bu il qısamüddətli tədarükləri və 2027-ci ildən etibarən uzunmüddətli qaz müqavilələrini qadağan etməyə yönəlmiş təşəbbüsünü dəstəkləməyə hazırdırlar. Bu dörd ölkənin mövqeyi AK-nin yekun qərarı üçün həlledici əhəmiyyət daşıyır.

“Kpler” analitik şirkətinin məlumatına görə, Fransa, Belçika, İspaniya və Niderland 2024-cü ildə birlikdə 16,77 milyon ton Rusiya LNG-si idxal ediblər ki, bu da Avropa İttifaqının ümumi LNG idxalının 97 faizini, Rusiyanın qlobal ixracının isə yarıdan çoxunu təşkil edir.

S.ELAY

XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 04 İyun 2025 14:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see266

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see192

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see184

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see159

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see156

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see153

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see152

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see151

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see145

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see144

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see140

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see139

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see139

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see136

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see133

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see130

MDU yeni akademik inkişaf mərhələsinə qədəm qoyur

17 Yanvar 2026 14:03see127

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri