Fransada etirazlar: noyabrın 3 ü “qara gün” elan edilib
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı, 2 noyabr, AZƏRTAC
Əlbəttə, biz blokada çağırışı etmişik və məktəblər bazar ertəsi günündən etibarən bloklanacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə bazar günü Fransanın “Les Lycéens!” yuxarı sinif şagirdləri həmkarlar ittifaqının sədri Pyer Surza bildirib. Öz növbəsində, Liseylər İttifaqı (USL) və Tələbələr Birliyi “sarı jiletlilər” hərəkatı çərçivəsində çərşənbə axşamı və çərşənbə günü yeni blokadalara çağırış edib. Bu barədə “Le Figaro” qəzeti yazıb.
Bununla yanaşı, Fransa Milli Tələbə İttifaqı (UNEF) noyabrın 2-də ölkənin bütün universitetlərində səfərbərlik çağırışı edib. İttifaq bəyan edib ki, noyabrın 3-ü “universitetlər üçün “qara gün” olmalıdır”. Təşkilat universitet fakültələrini və ölkənin bütü liseylərini fəaliyyətlərini bloklamağa çağırıb.
Universitet tələbələrinin yığıncaqlarını birləşdirən “Interfac Île-de-France” təşkilatının üzvü Koppeliya Moro bildirib: “Qəzəbimiz davam edir. Biz onun zəifləməsi əlamətlərini görmürük”.
Qrup çərşənbə axşamı günü Parisdəki Panteon və “Medef”in (Fransa Biznes Konfederasiyası) mənzil-qərargahı arasında daha bir nümayişin keçirilməsini planlaşdırır
Baxış sayı:117
Bu xəbər 02 Noyabr 2026 11:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















