Icma.az
close
up
RU
Fransanın cənubunda tufan olub, 26 min ev elektrik enerjisiz qalıb

Fransanın cənubunda tufan olub, 26 min ev elektrik enerjisiz qalıb

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Paris, 21 avqust, AZƏRTAC

Fransanın cənub-şərqində güclü tufan olub.

AZƏRTAC xəbər verir ki, şiddətli yağış, lokal daşqınlar və elektrik enerjisinin kəsilməsi, xüsusilə Var və Alp-Maritim departamentlərində ciddi problemlər yaradıb.

Var departamentində 26 minədək ev elektrik enerjisiz qalıb. Təxminən 1000 abonentin hələ də elektrik enerjisinin olmadığı bildirilib. Yağıntıların miqyası da qeyri-adi olub. Alp-Maritim departamentinin Leven şəhərində 24 saat ərzində 130 millimetr, Nitsada 44, Carrosda isə 60 millimetr yağış qeydə alınıb. Varda Draginan və Seyan ərazilərində yağıntıların miqdarı 75–80 millimetrə çatıb.

Bu göstəricilər 2010-cu ilin iyununda qeydə alınmış 75 millimetrlik rekordu keçib.

Alp-Maritim prefekti daşqın riski yüksək olan ərazilərdəki düşərgələrin əvvəlcədən boşaldılmasına dair göstəriş verib. Peqoma şəhərində təxminən 200 nəfər təhlükəsiz əraziyə yerləşdirilib. Antibdə isə daha 155 nəfər təxliyə olunub.

Varda isə ildırımın səbəb olduğu bir neçə yanğın hadisəsinə görə yanğınsöndürənlər səfərbər edilib.

Güclü yağışlardan sonra Aralıq dənizi sahilində bir sıra bələdiyyələr çimərliklərdən istifadəni müvəqqəti qadağan edib.

Hakimiyyət yağış sularının axını və kanalizasiya sistemlərinin yuyulması nəticəsində çirklənmə riskinin yarandığını bildirib. Antibdə analizlərin nəticələri əldə edilənədək çimərliklərin bağlı qalması nəzərdə tutulub.

Korsikada da əlverişsiz hava şəraiti nəqliyyatda problemlərə səbəb olub. Bastia və Kalvi şəhərlərində bir neçə aviareys ləğv edilib, təxminən 1360 nəfər qabaqlayıcı tədbir kimi təhlükəsiz ərazilərə yerləşdirilib.

Hakimiyyət əhalini ehtiyatlı olmağa çağırır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:112
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Avqust 2026 15:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see324

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see324

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see320

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see316

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see299

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see297

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see283

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see279

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see274

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see273

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see270

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see268

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see261

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see258

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see258

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see246

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see242

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see241

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see225

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri