Icma.az
close
up
RU
Fransanın COP29a qatılmaqdan imtinası onun qlobal məsələlərdə qeyrisəmimi mövqeyini, ikili standartlarını bir daha üzə çıxardı DEPUTAT

Fransanın COP29a qatılmaqdan imtinası onun qlobal məsələlərdə qeyrisəmimi mövqeyini, ikili standartlarını bir daha üzə çıxardı DEPUTAT

Icma.az, Sonxeber.az portalına istinadən məlumat verir.

"Fransanın COP29-a qatılmaqdan imtinası onun qlobal məsələlərdə qeyri-səmimi mövqeyini, ikili standartlarını bir daha üzə çıxardı" - DEPUTAT

"Fransanın COP29-a qatılmaması ciddi ziddiyyət yaratdı.Prezident İlham Əliyev COP29 Liderlər Sammitində çıxışı zamanı Fransanın əsrlər boyu davam edən qərəzli siyasətini sərt tənqid etdi".

Bunu Sonxeber.az-a danışan deputat Şahin Seyidzadə bildirib.

Deputat qeyd edib ki, Əlcəzairdən Yeni Kaledoniyaya qədər Fransanın həyata keçirdiyi siyasət insan hüquqlarını pozan, xalqları təbii sərvətlərindən məhrum edən və etirazları zorakılıqla boğan bir sistemin izlərini daşıyır:

"Fransa hökumətinin COP29-a qatılmaması bir növ bu ittihamlara cavab verməkdən, öz keçmişi ilə üzləşməkdən qorxduğunu göstərir. Fransa bir daha inkişaf etməkdə olan ölkələrə ədalətsiz siyasət yürütdüyünü nümayiş etdirdi. Fransanın bu addımı bir daha Qərbin özünü "demokratiya və insan hüquqlarının müdafiəçisi" kimi təqdim etdiyi zaman nə qədər riyakar olduğunu göstərir. Eyni zamanda bu qərar Avropanın öz daxilində olan ikili standartların və qlobal problemlər qarşısında qeyri-səmimi mövqeyinin bariz nümunəsidir.

 Prezident İlham Əliyevin sammitdə səsləndirdiyi fikirlər Fransa kimi dövlətlərin ikili standartlarını ifşa etdi. Azərbaycanın bu təşəbbüsü təkcə regional deyil, qlobal iqlim problemlərinin həlli üçün də mühüm töhfədir. Fransanın COP29-a qatılmaqdan imtinası onun qlobal məsələlərdə qeyri-səmimi mövqeyini, ikili standartlarını bir daha üzə çıxardı". 

Deputat vurğulayıb ki, dünyanı ən çox çirkləndirən ölkələr istixana qazı emissiyaları ilə iqlim dəyişikliyinə ən çox səbəb olan ölkələrdir:

"Sənayeləri inkişaf etmiş ölkələr kimi önə çıxan bu dövlətlərin bəzisi bu gün Azərbaycanda təşkil edilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) qatılmamağı seçib. Fransanın COP29-a qatılmaması tarixi və müasir ətraf mühit məsuliyyətləri baxımından ciddi ziddiyyət yaradır. Bir tərəfdən Paris Sazişinə ev sahibliyi edərək iqlim problemləri ilə mübarizədə liderlik iddiası ortaya qoyan Fransa, digər tərəfdən keçmişdə həyata keçirdiyi nüvə sınaqları və dənizaşırı (DOM-TOM) bölgələrdə apardığı neokolonyal fəaliyyətlərin yaratdığı ətraf mühit çirklənməsi faktı ilə üzləşməkdən qaçır.

Fransanın Afrikada və digər keçmiş müstəmləkələrində davam etdirməyə çalışdığı iqtisadi hegemoniyasının iqlim ədaləti ilə açıq ziddiyyət təşkil edir, eyni zaman qlobal Cənub iqlim dəyişikliyindən ən çox təsirlənən tərəfdir. Bu yükün böyük hissəsi isə tarixən emissiya məsuliyyəti daşıyan Fransa kimi ölkələrə aiddir. COP29 kimi platformalara qatılmayaraq həm bu həqiqətlərdən qaçmaq, həm də iqtisadi və siyasi hesablarla məsuliyyətlərindən yayınmaq cəhdi Fransanın beynəlxalq iqlim mübarizəsindəki nüfuzuna zərbə vurur. Fransanın bu mövqeyi beynəlxalq cəmiyyətdə ona qarşı ciddi etimad itkisinin yaranmasına səbəb olacaq. Belə ki, qlobal iqlim dəyişikliyi bütün bəşəriyyətin diqqət mərkəzində olan ən mühüm, hətta təhlükəsizlik baxımından ən vacib məsələdir

Azərbaycanın belə bir toplantıya ev sahibliyi etməsi olduqca mühüm hadisədir. BMT-nin Baş Assambleyasına üzv dövlətlərin yarısından çoxu bu tədbirdə təmsil olunur. Bu cür genişmiqyaslı tədbirin öhdəsindən uğurla gəlməsi isə Azərbaycanın qlobal məsələlərin həllində artan rolunu və beynəlxalq problemlərə töhfə vermək həssaslığını nümayiş etdirir. Azərbaycan bununla həm qlobal səviyyədə iqlim dəyişikliyi ilə mübarizədə həmrəyliyə inamını ifadə edir, həm də regional və qlobal səviyyədə ətraf mühit siyasətinin gücləndirilməsinə, inkişafına imkan yaradır. Təbii ki, burada Türk Dövlətləri Təşkilatının (TDT) mühüm ölkələrindən olan Azərbaycanın COP29 kimi irimiqyaslı tədbirə ev sahibliyi etməsinin təşkilat üçün də əhəmiyyətini vurğulamaq lazımdır". 


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://sonxeber.az
archiveBu xəbər 25 Noyabr 2024 10:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see276

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see256

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see228

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see200

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see194

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see168

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see163

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see160

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see160

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see154

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see153

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see146

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see143

Qarabag ın baş məşqçisi: Bəhlulun bütün səhvlərini bu qola görə bağışlamaq olar

22 Yanvar 2026 01:55see141

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see138

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see137

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see137

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri