Fransanın Nant şəhərində yaşayan soydaşlarımıza səyyar konsulluq xidməti göstərilib
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Paris, 15 sentyabr, AZƏRTAC
Azərbaycanın Fransadakı səfirliyi bu ölkədə yaşayan soydaşlarımız üçün səyyar konsulluq xidmətinin təşkilini davam etdirir.
AZƏRTAC xəbər verir ki, səfirlik tərəfindən növbəti səyyar konsulluq xidməti bu ölkənin Aveyron departamentində Nant və ona yaxın ərazilərdə yaşayan soydaşlarımız üçün təşkil olunub.
Səyyar konsulluq xidməti çərçivəsində soydaşlarımıza hüquqi yardım göstərilib, xidmətlə bağlı, eləcə də onları maraqlandıran digər hüquqi suallar cavablandırılıb. Səyyar xidmət çərçivəsində soydaşlarımızın müvafiq sənədlərinin rəsmiləşdirilməsi həyata keçirilib. Onların qarşılaşdığı vəziyyətlərlə bağlı Azərbaycan qanunvericiliyinə uyğun məsləhətlər verilib. Bir neçə uşaq və yeniyetməyə ümumvətəndaş pasportları təqdim olunub.
Fransada yaşayan soydaşlarımıza səyyar konsulluq xidmətinin göstərilməsi onların milli qanunvericiliyimizdəki yeniliklər barədə məlumatlanmalarına da kömək olur.
Konsulluq xidməti çərçivəsində valideynlərini itirmiş və uşaq evinə yerləşdirilmiş iki azərbaycanlı uşağa da baş çəkilib. Uşaqların, eləcə də onlarla məşğul olan tərbiyəçinin sualları cavablandırılıb və lazımi xidmət göstərilib.
Fransanın digər əyalət və şəhərlərində yaşayan soydaşlarımızın qarşılaşdıqları məsələlərin daha səmərəli həlli üçün səfirlik tərəfindən ölkənin müxtəlif şəhərlərində səyyar konsulluq xidmətlərinin göstərilməsinin davam etdirilməsi nəzərdə tutulub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 15 Sentyabr 2025 10:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















