Icma.az
close
up
RU
FSB 81 regionda “Telegram”a qarşı reydlər keçirdi Rusiya cəmiyyətinə hansı mesaj verilir?

FSB 81 regionda “Telegram”a qarşı reydlər keçirdi Rusiya cəmiyyətinə hansı mesaj verilir?

Azpolitika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Mayın 15-də Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) və digər güc strukturları ölkənin 81 regionunda eyni vaxtda keçirdikləri reydlər nəticəsində 57 “Telegram” kanal administratorunu və məktəblərə hücum planlaşdırmaqda şübhəli bilinən 6 nəfəri saxlayıb. Bu əməliyyat Rusiyada daxili təhlükəsizlik məsələlərinin yenidən gündəmə gətirilməsi və Kremlin cəmiyyət üzərində nəzarətini daha da sərtləşdirməsi kontekstində qiymətləndirilir.

FSB-nin yaydığı məlumatda saxlanılan şəxslərin neonasist və terrorçu ideologiyanı yaydıqları, Ukrayna xüsusi xidmət orqanları ilə əlaqələrinin olduğu iddia olunur. Onların guya partlayıcı qurğular hazırlamaq üçün komponentlərə və silahlara malik olduqları bildirilir. Lakin nə adlar, nə də konkret sübutlar ictimaiyyətə təqdim edilməyib.

Son dövrlərdə bu tip işlər artmaqda və xüsusi xidmət orqanlarının fəaliyyətində mərkəzi yer tutmaqdadır. Ukraynaya qarşı müharibə başlayandan bəri Moskva tez-tez “Ukrayna ilə bağlı casusluq və təxribat” ittihamları irəli sürür. Lakin bu işlərin əksəriyyəti qapalı rejimdə aparılır və ictimaiyyət detallar barədə məlumatlandırılmır. Məhkəmələrdə çıxarılan qərarlar isə tez-tez “məxfilik” adı altında gizlədilir.

Bu əməliyyatlar Kremlin sosial şəbəkələr üzərində nəzarəti gücləndirmək niyyətini göstərir. “Telegram” Rusiyada azsaylı senzurasız platformalardan biri olaraq qalır və həm müstəqil informasiya mənbələri, həm də müxalif fəallar və vətəndaşlar üçün vacib kanaldır. İndi isə bu platforma Kremlin “təhlükə mənbəyi” kimi hədəfə aldığı növbəti məqsədə çevrilib.

Əməliyyatların vaxtı da diqqətçəkicidir. Ukrayna və Rusiya nümayəndələri arasında İstanbulda keçirilməsi planlaşdırılan sülh danışıqları ərəfəsində daxildə bu cür genişmiqyaslı repressiya addımları atılır. Bu, Kremlin həm daxili auditoriyaya, həm də beynəlxalq ictimaiyyətə mesaj vermək cəhdi ola bilər: “Daxildə nəzarət gücləndirilir, xarici təhdidlərə qarşı ayıq və hazırlıqlıyıq”.

Rusiya xüsusi xidmət orqanlarının bu cür genişmiqyaslı əməliyyatları təkcə hüquq-mühafizə tədbiri deyil, həm də siyasi təbliğat vasitəsi kimi çıxış edir. Bu addım həm ictimai rəyi yönləndirmək, həm də internetdəki azad söz məkanlarını daraltmaq məqsədi daşıyır.

Kremlin “Telegram” və digər platformaları təhlükə kimi hədəfə alması, Rusiyada informasiya sahəsinin tam nəzarətə götürülməsi yolunda daha bir mərhələ kimi qiymətləndirilə bilər.

Rasim Əliyev 

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:67
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 15 May 2025 12:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see212

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see206

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see203

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see194

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see191

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see185

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see155

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see151

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see150

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see150

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see144

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see142

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see139

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see139

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see138

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri